Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Rafiq Aslanovun `BAYRAM TƏRANƏLƏRİ`...

Rafiq Aslanovun `BAYRAM TƏRANƏLƏRİ`...


23-05-2022, 12:32
Rafiq Aslanovun `BAYRAM TƏRANƏLƏRİ`...
Ölkəmizdə hər il qeyd edilən peşə bayramları ərəfəsində bir sıra şəxslərin orden və medallarla təltif edilməsi, fəxri adlara, eləcə də Prezident təqaüdünə layiq görülməsi artıq ənənə halını alıb. Dövlət başçımızın diqqəti və humanizmi sayəsində mütəmadi olaraq müəyyən xidmətləri olan xeyli sayda həmvətənimizin əməyi bu cür yüksək qiymətləndirilir.

Hər il keçirilən peşə bayramlarından biri yaxın vaxtlarda növbəti dəfə yenə qeyd ediləcək. Söhbət 5 iyun- su təsərrüfatı işçilərinin peşə bayramından gedir. Elə bu ilginc məlumatı sözügedən ASC-dəki mənbə əməkdaşımıza bildirib. Məlumata görə, artıq təltif olunacaq şəxslərin adları da məlumdur və bu həftə Prezidentə təqdim ediləcək.

Sözügedən siyahıdakı şəxslərin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov tərəfindən müəyyənləşdirildiyi bildirilir. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov olsa da, adıçəkilən qurumda əsas söz sahibi kimi tanınan Rafiq Aslıanov təltif edilmə məsələsində də öz hökmünü yeridə bilib. Belə ki, mükafatlandırmaq üçün tərtib olunan siyahıda Rafiq Aslanovun özü başda olmaqla, yalnız ona yaxınlığı ilə tanınan şəxslərin adları yer alıb. Təbii ki, bu zaman həlledici şərt Rafiq Aslanovun şəxsi maraqlarının təmin olunması olub.

Sədr müavininin siyahısına əsasən, kimlərə “Əmək” ordeni, “Tərəqqi” medalı veriləcəyi, kimlərin “əməkdar mühəndis” adına layiq görüləcəyi artıq bəllidir. Rafiq Aslanovun planının baş tutacağı təqdirdə bayram ərəfəsi rəsmi şəkildə açıqlanacaq adların ciddi narazılıq yaradacağı şübhəsizdir. Çünki siyahıya elə şəxslərin adları daxil edilib ki, onlar nəinki mükafatlandırmalı, əksinə uzun illər büdcə vəsaitini taladıqlarına görə ciddi şəkildə cəzalandırmalıdırlar.

Rafiq Aslanovun özü başda olmaqla....
Arazxeber

Geri qayıt