Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > MİDA-nın şübhəli TENDER ORTAĞI...
MİDA-nın şübhəli TENDER ORTAĞI...6-06-2022, 14:49 |
Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir şirkət aşkar edilib. DİA.AZ-ın məlumatına görə, FED.az xəbər verir ki, bu – «Conco» QSC-dir (VÖEN:1403054601). Sözügedən şirkət indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 50 milyon 598 min 694 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 12 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4 milyon manat. «Conco» QSC-nin əsas «müştərisi» MİDA MMC olub. Şirkət 12 tenderdən 4-nü bu qurumdan udub – 33 milyon 474 min 680 manat. Bu isə ümumi tenderlərin 66 faizi deməkdir. DİA.AZ olaraq qeyd edək ki, «Conco» QSC ilə bağlı keçən günlərdə ilginc faktları təqdim etmişdik və bildirmişdik ki, araşdırmalarımız davam edir: Dövlət Şəhərsalma və Arxitektura Komitəsi pulları İlham Şıxseyidova ötürür... İndi isə yuxarıdakı faktlardan aydın olur ki, sən demə, «Conco» QSC-nin əsas qidlandırıcısı MİDA imiş... DİA.AZ xatırladır ki, “Conco” MMC təşkilati-hüquqi forması dəyişərək iki il əvvəl QSC-yə çevrildiyini elan edib. Bildirək ki, “Conco” QSC ilk əvvəl MMC formasında Azərbaycan tikinti sektorunda 2015-ci ilin mart ayından öz fəaliyyətinə başlayıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlham Şixseyidovdur. “Conco” şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3 ünvanında fəaliyyət göstərir. Faktlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |