Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Xəstəxanadan edilən səhv kodlaşmaya görə əlliyimi təyin etdirə bilmirəm”

“Xəstəxanadan edilən səhv kodlaşmaya görə əlliyimi təyin etdirə bilmirəm”


14-06-2022, 10:19
“Xəstəxanadan edilən səhv kodlaşmaya görə əlliyimi təyin etdirə bilmirəm”
DİA.AZ-ın məlumatına görə, Gəncə sakini Rasim Salmanov “Gözətçi”yə bildirib ki, o, 2018-2020-ci illərdə Azərbaycan Sülhməramlı Qüvvələrdə xidmətdə olub. 2020-ci ilin may ayından xəstəliyi ilə əlaqədar xidmətdən təxris olunub.

“2020-ci il fevralın 21-də ürəkdöyünmə və tənginəfəslik şikayəti ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişəm. Edilən EKQ müayinəsində “ürək ritminin mədəcik ekstrasistoliyası tipdə pozulması” aşkarlanıb (ürək aritmiya red.). Fevralın 27-də hərbi hissə komandiri tərəfindən müayinə və müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına (SQ BKH) göndərilmişəm. Orada 3 ay 10 gün müalicə aldıqdan sonra may ayında xəstəliyimlə əlaqədar Sülməramlı Qüvvələrdən təxris olunmuşam.”

Şikayətçi deyir ki, SQ BKH-dan verilən sənədlərə əsasən əlliyini təyin etdirmək üçün Göygöl rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq xəstəxanadan edilən səhv kodlaşmaya görə ona imtina cavabı gəlib.

“Hospitaldan verilən sənədləri rayonun Mərkəzi Xəstəxanasına təqdim etdim. 2021-ci ilin yanvar ayında sənərlərim sistemə vuruldu, ancaq cavab oktyabr ayının sonlarında gəldi. İmtinada cavabında “natamam doldurma” göstərilmişdir. Bununla bağlı araşdırmaya müraciət etdim. Məlum oldu ki, xəstəxanadan mənim sənədlərim səhv kodlaşdırılıb. Sistemə vurulan sənəddə xəstəliyim yüngül beyindaxili təzyiq göstərilib”.

Rasim Salmanovun sənədləri ikinci dəfə sistemə vurulub və aprelin 23-də ona təkrar imtina cavabı gəlib. İmtinanın səbəbi kimi isə göstərilib ki, “Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Mütəxəssis rəyləri xəstəliyin ağırlaşmasını təsdiq edən instrumental müayinələr əətraflı qeyd olunsun”.

R. Salmanov deyir ki, bu imtinadan sonra Əlilliyin Bərpa Mərkəzində qeydiyyatdan keçmək üçün Bakıya gəlib.

“Aprelin 26-da üçüncü dəfə sənədlər sistemə vuruldu. Bildirdilər ki, iyirmi iş günündə sizə cavab gələcək. Ancaq bir aydan çoxdur ki, nə təsdiq. Nə də imtina cavabı gəlməyib”.

“Xəstəxanadan edilən səhv kodlaşmaya görə əlliyimi təyin etdirə bilmirəm”

Məsələ ilə bağlı Göygöl rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladıq. Baş həkim Vasif Əliyev bildirdi ki, Rasim Salmanovun sənədləri 2021-ci il sentyabr ayının 16-da xəstəxana tərəfindən alt sistemə vurulub, aprel ayında isə imtina cavabı gəlib:

“Rasim Salmanov Tibbi Sosial Ekspert Komissiyasında (TSEK) müayinədə olub. Bizdə əlimizdə rəsmi sənədlər də var. Sadəcə Sosial Müdafiə Nazirliyi tərəfindən ona imtina cavabı gəlib”.

“Gözətçi” olaraq məsələ ilə Səhiyyə Nazirliyinə sorğu göndərilib.

Geri qayıt