Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Nərimanov Tibb Mərkəzi"ndə ŞÜBHƏLİ TENDER
"Nərimanov Tibb Mərkəzi"ndə ŞÜBHƏLİ TENDER20-06-2022, 09:04 |
DİA.AZ: - "Nərimanov Tibb Mərkəzi" abadlıq xidmətlərinin satın alınması üzrə tenderin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, 30 800 manatlıq tenderin qalibi "Turbo Service" MMC-dir. Xatırladaq ki, "Turbo Service" MMC bundan əvvəl Milli Elmlər Akademiyasi Mərkəzi Nəbatat Bağının abadlaşdırma işlərinin satın alınması üzrə 99 879 manatlıq tenderini qazanıb. Onu da qeyd edək ki, "Turbo Service" MMC eyni zamanda Laçin Rayonu İcra Hakimiyyəti Başçisinin Qayği Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin qəsəbədaxili yolların işıqlandırılması ilə bağlı mal, iş və xidmətlərin satın alınması üzrə 48 240 manatlıq tenderini qazanıb. Amma dia-az.life olaraq burada diqqətimizi çəkən bir başqa məqamdır. Söhbət "Turbo Service" MMC-nin bu vaxta qədər adının keçmiş AMEA şefi Ramiz Mehdiyevə yaxın bir qurum kimi hallanmasından gedir. Qeyd edək ki, "Turbo Service" MMC-yə qədər AMEA ilə tender ortaqlığında “KARPET-D” MMC-nin adına daha çox rast gəlinirdi. dia-az.life-ın araşdırmalarından aydın olur ki, əslində hər iki şirkət eyni adama məxsusdur və həmin adamın şirkətləri təkcə adları çəkilənlər deyil. Qeyd edək ki, “KARPET-D” MMC 13.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov, ev 14, m. 52 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Zalov Xəqani Çingiz oğludur. Onu da bildirək ki, eyni gündə, eyni ünvanda, eyni nizamnamə kapitalı ilə Zalov Xəqani Çingiz oğlunun qanuni təmsilçi olduğu daha 4 şirkət də qeydiyyatdan keçib. Bunlar “GOLDEN LUKS” MMC, “KURYER TƏCHİZAT” MMC, “VESPA TƏCHİZAT” MMC və “TURBO SERVİCE” MMC adlı şirkətlərdir. Adları qeyd olunan şirkətlər barəsində açıq internet resurslarında məlumat yoxdur. Bu şirkətlərin adı ancaq dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində keçir. Zalov Xəqani Çingiz oğlunun direktoru olduğu bu MMC-lər aşağıdakı tenderlərin qalibi olub: Hər halda bu faktların özü belə gərəkən qurumların diqqətini cəlb edə bilməsi üçün yetərli hesab oluna bilər. Ən azından araşdırmaya götürülməsi baxımından... Faktla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |