Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Onların Mixail Saakaşvilisi, bizim də Mikayıl Cabbarovumuz var...
Onların Mixail Saakaşvilisi, bizim də Mikayıl Cabbarovumuz var...28-06-2022, 10:51 |
Azərbaycanda ən çox vəzifələri daşıyan şəxs- Mikayıl Cabbarov ictimaiyyətə “təyyarə qalmaqalı” ilə tanınıb. Amma sonradan təhsil naziri kimi strateji bir posta təyin olunarkən o özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi. Misir Mərdanovun gedişindən sonra hər kəs gənc və qərbli kimi fikirləşən bir nazirə böyük ümidlər bəsləyirdi. Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi reformist olacağı idi. Amma nə təhsil naziri, nə vergilər naziri, nə də iqtisadiyyat naziri kimi cənab Cabbarov bu ümidləri doğrultmadı. O, sovet sistemini tətbiq edən qaydaları dəyişmədi. Əksinə, sələflərindən qalan pis-yaxşı nümunələri də dağıtdı, yan-yörəsini dostları ilə doldurdu. Bu yazımızda bütün postlarda Mikayıl Cabbarovu kölgə kimi izləyən iki kadr haqqında bəhs edəcəyik. İlk öncə Mikayıl Cabbarovun “psixoloji problemləri olan” Elnur Əliyev sevgisi haqda. Söhbət İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevdən gedir. Əliyev Elnur Aydın oğlunun rəsmi tərcümeyi halını cumhuriyyet.az olaraq təqdim edirik: Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb. 2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Hüquq şöbəsində, Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib. 2013-cü ilin aprel-iyun aylarında təhsil nazirinin köməkçisi, 2013-cü ilin iyulundan 2017-ci ilin dekabr ayınadək Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan snra isə Vergilər Nazirliyində nazirin müşaviri olub. 2020-ci ilin may ayında iqtisadiyyat nazirinin müavini, 2022-ci ilin fevralında isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub. 39 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar. Yuxarıda da qeyd edildiyi kimi Elnur Əliyev vaxtı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib. Eyni zamanda cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu (xalası oğlu) olduğu bildirilir. Mətbuatda E.Əliyevlə bağlı yayılan bir məlumat xüsusilə diqqət çəkir: “Elnur Əliyevi yaxından tanıyanlar bilirlər ki, onun psixi problemləri var və bu problem özündən tez çıxma, əxlaqsız ifadələr işlətməklə və həmsöhbətləri ilə sadə ünsiyyət bacarığını qura bilməməsi ilə müşahidə olunur”. “Xaloğlu”nun fəaliyyəti haqda media üzərindən apardığımız araşdırmalar zamanı belə nəticəyə gəldik ki, hələ də “JEK təfəkküründən” uzaqlaşa bilməyən, idarəetdiyi sahəyə şəxsi hissləri səviyyəsində yanaşan E.Əliyevin təhsilimizə vurduğu zərbələrin yaraları hələ uzun müddət sızıldayacaq: “Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi birbaşa Elnur Əliyevin nəzarəti altında qalmaqda davam edir. Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsilalanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev Rəşad Tağıyevin vasitəsi ilə idarə edir. Elnur Əliyev həmçinin, regional təhsil idarələrinin rəhbərlərinin təyinində əsas söz sahibi olub”. Bir zamanlar Mikayıl Çabbarov təhsil naziri olarkən E.Əliyev faktik olaraq alternativ nazirə çevrilib. İndi M.Cabbarov özü alternativ Baş Nazir statusundadır, E.Əliyevin indiki fəaliyyətini təsəvvür etmək çətin deyil… Mikayıl Cabbarovun gizli “kölgəsi”: Mətin Eynullayev necə “lyubimçik” kadra çevrilib? Mikayıl Cabbarovun heç cür ayrılmaq istəmədiyi və bütün vəzi fələrdə onu izləyən digər bir kadr Eynullayev Mətin Balasən oğludur. M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin mayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisidir. Bu məlumatla paralel Mikayıl Cabbarovun da həyat yoluna nəzər salsaq görərik ki, indiki nazir tələbə olandan bu yana harda olubsa M.Eynullayev də kölgə kimi onun yanında olub. Amma M.Eynullayevlə bağlı planlar həmişə gerçəkləşməyib. Zamanında Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayev indiki nazir Ceyhun Bayramovla konfliktdə olub. Bu iki şəxs arasında təhsil naziri olmaq uğrunda mübarizə gedib. Ceyhun Bayramovun da Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Hər iki şəxs Mikayıl Cabbarova çox yaxın adamlar olsa da, nüfuz savaşında bu amil ikinci plana keçib və sonda C.Bayramov qalib gəlib (bu qələbədə C.Bayramovun qardaşı – maliyyə nazirinin müavini Azər Bayramov faktoru xüsusi rol oynayıb). Məlumatlarda o da bildirilir ki, Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynıdır. cumhuriyyet.az Geri qayıt |