Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Goranboyun evini bax, beləcə yıxırlar...
Goranboyun evini bax, beləcə yıxırlar...15-07-2022, 10:49 |
DİA.AZ: - Bir neçə gündür ki, Goranboy rayon icra hakimiyyətində qərarlaşan məmurların təftişini əks etdirən materiallarımızı təqdim etməkdəyik. Qeyd edək ki, açıqlanan faktlarla əlaqədar qarşı tərəfi dinləməyə hazır olsaq da, sözügedən RİH-dən kimsə bu barədə danışmaq iistəmədi. Əvvəli burada: Goranboyun halına AĞLAYAN LAZIMDIR... - Rayonu kimlər idarə edir... Qeyd edək ki, ilk yazımızda Goranboy RİH Başçısının 1-ci müavini postunu tutan Seymur Nəzərovla bağlı iddiaları təqdim etmişdik. Növbəti yazıda müəllif Goranboy RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qəmbərli barədə iddialarını səsləndirmişdi. Qeyd edək ki, yazını dia-az.life-a təqdim edən müəllif daha ağır ittihamları səsləndirib, biz isə həmin iddiaları sübut etmək imkanları olmadığından müəyyən ixtisarlarla material təqdim edirik. Beləliklə müəllif yazır: "Təbii ki, bütün bu faktların arxasında dayanan tək bir isim var, o da icra başçısı Məhərrəm Quliyevdir. Məhz onun sayəsində bu gün Goranboy icra hakimiyyəti heç də milli dəyərlərə hörmət etməyən məmur heyətinin ümidinə qalıb. Kadrları kim seçir? Təbii ki, icra başçısı. Belə olan təqdirdə bu gün Goranboydakı total rüşvətxorluğa və məmur özbaşınalığına görə, kimsəni yox, məhz icra başçısının özünü günahlandırmaq lazımdır. Məlumdur ku, son günlər Qarabağ Qaziləri məhz yerli icra orqanlrının yarıtmaz fəaliyyətləri səbəindən canlarına qıyırlar. Belə bir hadisələrin daha dəhşətlisi hər an Goranboyda da yaşanıla bilər. Əgər vaxtında müdaxilə olmazsa..." İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəflərin dinləməyə hazırıq... Geri qayıt |