Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Başçı dövlətin malını BELƏ DAĞIDIR...

Başçı dövlətin malını BELƏ DAĞIDIR...


26-07-2022, 14:02
Başçı dövlətin malını BELƏ DAĞIDIR...
Zərdabdan Eşqin Əliyev sosial mediada öz problemini ictimailəşdirib. TİA.Az məlumat verir ki, rayon sakini icra başçısı Mərdan Camalovdan şikayətlənib. O, Prezidentə müraciət ünvanlayıb. “Cənab Prezident, sizə və Zərdab RİH göndərdiyim çoxsaylı məktublara hələ də cavab verilməyib. Bilmirəm Mərdan Camalzadənin başı nəyə qarışıb, amma 46 il dövlət qulluğunda işləyən adama çağırıb bir sağ ol da demir. Deməsin, lazım da deyil, çünki 46 ildə heç bir qanunsuz sənəd kiməsə verməyib və bir tender sənədinə qol çəkməyib, nə oldu Mərdan Camalzadə, təzə gələndə 1-2 adam vardı onlara iclasda deyirdin. Sən özünü kimə baglamısan, indi nə oldu həmin adamı əmr verib işə götürmüsən və gizli tender işləri ilə məşğulsan. İctimayyətin hesabına dolanan büdcənin pulun xərcləyirsən, tamet üstünə tametə və bordyora, tender keçirirsən işi kimə, hansı MMC,hansı şirkət, hansı yollarla qalib olub, kimin qohumudu, heç kimin xəbəri yoxdu niyə? Niyə Cənab Prezidentin ayırdıgı vəsaiti tametə verib dagıdırsan yerə.Rayonda başqa görüləsi iş yoxdu? Şəhid adına olan küçə Babək Ismayılov küçəsinin yarısına asfalt vuruldu çox hissəsi qaldı niyə, yarısında adam yaşamır?
02.02.2020 ildə Gənclər Günü söz verdin ki Zərdab şəhər 3 saylı məktəbin həyətində öz hesabima ölçüsü 40/20 olmaqla bir mini stadion tikəcəm ,hanı? Bu günə qədər 10 helə stadionun vəsaiti xərclənib tametə,yəqin meydançaya tamet vurulmur ona görə maraqlı deyil.Eybi yoxdu tik tamet vur oynayaq…”

Geri qayıt