Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Sıra Mehdiyevin qohumlarına çatır: İLK HƏDƏF BACIOĞLUDUR...
Sıra Mehdiyevin qohumlarına çatır: İLK HƏDƏF BACIOĞLUDUR...26-07-2022, 17:03 |
Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri gömrük general-polkovniki Səfər Mehdiyevin ən yaxın adamlarından biri Gömrük Komitəsində Audit Baş İdarəsində rəis müavini, polkonvik-leytenant rütbəsi verdiyi bacısı oğlu Asiman Cəfərovun həbs olunması gözlənilir. PİA.az-a daxil olan məlumatda bildirilir ki, ona göstərilən etimadı doğrultmadığına və gömrük sistemində qanunsuz hallara daha da rəvac verdiyinə görə prezident sərəncamı ilə dayısının işdən azad olunmasından sonra Asiman Cəfərov könüllü şəkildə işdən azad olunmaq üçün yeni rəhbərliyə ərizə ünvanlayıb. Həmçinin mənbə bildirir ki, Asiman Cəfərov Səfər Mehdiyev işdən çıxarıldıqdan sonra işə də çıxmayıb. Bəzi məlumatlara görə o, öz hesabına məzuniyyətə çıxıb. Asiman Cəfərovun işdən azad olunmaqla bağlı ərizəsini isə yeni rəhbərlik tərəfindən hələ ki, qəbul edilməyib və onun fəaliyyəti hazırda yoxlanılır. Bu şəxsi ictimaiyyətin nəzərindən kənarda qalan çoxlu qanunsuz hərəkətləri var və hazırda Səfər Mehdiyev bu qanunsuzluqları ört-basdır etmək istəyir. Mənbə qeyd edib ki, böyük ehtimalla, yeni rəhbərlik bu şəxsin qanunsuz əməllərinə göz yummayacaq və Maliyyə Nazirliyi, Hesablama Palatasının Komitədə apardığı yoxlamalarıın nəticəsinə uyğun olaraq prokurorluq orqanları məsələyə müvafiq hüquqi qiymət verəcək. Ümumiyyətlə isə Komitədə Asiman Cəfərovun ən yaxın zamanda həbs olunacağı ilə bağlı söz-söhbət gəzməkdədir. Xatırladaq ki, Bir müddət əvvəl “Meyvəli” gömrük postuna rəisi təyin olunan gömrük polkovnik-leytenantı Cəfərov Davud Cabbar oğlu və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən rüşvət alarkən tutulmuşdu. Həbs edilən Davud Cəfərov Asiman Cəfərovun biznes şəriki olublar. Asiman Cəfərovun adı da ilk dəfə bu həbsdən sonra mətbuatda hallanıb. Qeyd edək ki, Asiman Cəfərov 2013-cü ildən Vergilər Nazirliyində çalışıb və o işə Səfər Mehdiyevin xahişi ilə attestasiydan kənar qəbul edilib. Vergilər nazirliyi İqtisadiyyat nazırliyinə birləşdirildikdən sonra isə o, dayısı tərəfindən DGK-da vəzifəyə gətirilib və Səfər Mehdiyeb bacısı oğlunu attestasiyadan kənar olaarq Audit Baş İdarəsində rəis müavini gətirərək, ona polkonvik-leytenant rütbəsi verib. Gömrük Komitəsində və ərazi orqanlarında, o cümlədən “Azterminal” İstehsalat Birliydə baş verən qanunsuzluqlar, korrupsiya halları, dövlət əmlakının talanması, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarından Audit Baş İdarəsində rəsi müavini kimi Asiman Cəfərov birbaşa iştirakçı olduğu bildirilir. Əslində isə o, “Azterminal”da baş verən qanunsuzluqlarda Səfər Mehdiyevin təmsilçisi kimi iştirak edib. və ya ən azından məlumatlı şəxs olaraq bu hallara göz yumub. Həmçinin bildirilir ki, Asiman Cəfərov Gömrük Komitəsində işlədiyi 4 il müddətində böyük sərvətə sahib olub. O, bahalı maşınlar sürür və Badamdar qəsəbəsində böyük malikanədə yaşayır. Malikanənin ətrafındakı evlər və villalar isə onun yaxın qohumlarına aaiddir. Asiman Cəfərovun Badamdar qəsəbəsindəki malikanəsi Geri qayıt |