Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Asif Ağayev ilk qurban olaraq Vüqar Aslanovu önə verir...

Asif Ağayev ilk qurban olaraq Vüqar Aslanovu önə verir...


28-07-2022, 12:39
Asif Ağayev ilk qurban olaraq Vüqar Aslanovu önə verir...
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, onların sırasına yenidən qoşulanlara bildiririk ki, hələ iki il əvvəl RealMedia-az.life saytı “10 manat ilkin kapitalla milyonlar qazanmağın Beyləqan nümunəsi” sərlövhəsi altında sözügedən rayonda rüşvətxor məmurların və onlarla əlbir olan “iş adamlarının” cinayət əməllərinin ifşasına həsr olunmuş məqalə dərc olundu.
Məqalədə mötəbər mənbələrə istinad olunaraq bildirilmişdi ki, Rayon İcra Hakimiyyəti Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə 2017-ci ildə ayırdığı 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq büdcə vəsaitini 2016-cı il 11 noyabrda dövlət qeydiyyatından keçən, hüquqi ünvanı Beyləqan şəhəri A.Əkbərov küçəsi ev 24 və nizamnamə kapitalı cəmi 10 (on) manat olan “Veteks-2017” Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Məqalədə həmçinin qeyd olunmuşdu ki, binaları balansda saxlayan Mənzil İstismar Sahəsinin sərəncamına verilməli olan həmin 725,0 min manat vəsaitin təyinatı dəyişirilərək, mənimsənilib. Təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir. Bu haqda hələ əvvəllər, 16 mart 2019-cu il tarixində məqalə dərc edərək, qeyd olunan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı araşdırmalar aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət etmişdik. Artıq deyəsən,bu məsələ indilərdə ciddiləşib. “Antikorrupsiya” idarəsi Vüqar Aslanovun şirkətlərinin fəaliyyətini araşdırır. Əldə etdiyimiz məlumatlara görə də Aslanovun şirkətləri vasitəsilə küllü məbləğdə dövlət vəsaitlərinin mənimsənilməsinə əsaslı şübhələr aşkarlanıb və fakt üzrə cinayət işi açılaraq toplanmış materiallar Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilib.Bu isə o deməkdir ki, icra başçısı Asif Ağayevin işbaz ortağı Vüqar Aslanovun da həbsi qaçılmaz olacaq.
Yeri gəlmişkən onu da qeyd edək ki, bu günlərdə istifadəyə verilən 36 mənzilli yaşayış binasının ləngimiş inşasını da adı dəyişdirilmiş “Veteks-2017” firmasının xələfi olan “İnşaat-servis-2” şirkəti həyata keçirib və iddialara görə həmin binanın inşasına ayrılan vəsaitin 25 %-i “daldalanıb”. Bildirilirdi ki, Vüqar Aslanov yeni binanın tikintisində söküb yerində inşa etdiyi uşaq bağçasının üstündən çıxan köhnə, yararsız inşaat materiallarından istifadə edib.
O vaxt haqlı olaraq ortaya qoyduğumuz suallar isə hələ də cavabsız qalıb: Görəsən, Vüqar Aslanovun şirkətinin (şirkətlərinin) ayrılan vəsaiti “təyinatı üzrə və səmərəli” xərcləmə potensialı, faydalı iş əmsalı rəqib şirkətlərlə müqayisədə nə qədər böyükdür ki, Beyləqanın sabiq icra başçısı Vaqif Abdullayev də, rayonun hazırki rəhbəri Asif Ağayev də məhz Vüqar Aslanovla işləməyə üstünlük verirlər? Yoxsa, tenderlərdə iştirak edən digər firmaların nizamnamə kapitalları 9 (doqquz) manat və daha az olub?
Ümidvarıq ki, Beyləqan şəhərinə ayrılan dövlət vəsaitinin xərclənməsində yol verilən mənmimsəmə faktlarını araşdıran Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi icra başçısı Asif Ağayevlə birgə Vüqar Aslanovun da barəsində ciddi ölçülər götürəcək.
Realmedia-az.life

Geri qayıt