Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nürəngiz Bəşirova məsuliyyətdən belə yayınmağa çalışır…

Nürəngiz Bəşirova məsuliyyətdən belə yayınmağa çalışır…


5-08-2022, 13:06
Nürəngiz Bəşirova məsuliyyətdən belə yayınmağa çalışır…
Xatırlayırsınızsa, ötən yazımızda Beyləqan polis şöbəsinin və DTX-nin rayon şöbəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Beyləqan rayon xəstəxanasında yanacaq satan oğruların cinayət başında yaxalandıqları, 8 nəfərin saxlanıldığı və barələrində cinayət işi başlanıldığı barədə məlumat vermişdik. Həmçinin həmin yazımızda Beyləqan rayon prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri ifadələrində direktor Nürəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərərək, havadarlarına ağız açaraq onlardan kömək umduğu haqda da yazmışdıq.

RealMedia-az.life olaraq qeyd edək ki, yazımızın üzərindən qısa vaxt keçməsinə bağmayaraq N.Bəşirovanın yaxın ətrafında olan adamları dövriyyəyə belə bir informasiya buraxdılar ki, guya direktor xəstəxanadan yanacaq oğurlanması faktından xəbərsiz olmayıb, baş verən oğurluq hadisəsini özü aşkarlayıb və bu barədə hüquq-mühafizə orqanlarına xəbər veribmiş. Belə çıxır ki, Nürəngiz Bəşirova keçirilən əməliyyatla bağlı məlumatı hüquq mühafizə orqanlarına özü verib. Yəni əməliyyat direktorun məlumatı əsasında keçirilib. ƏLbəttə ki, bu olduqca absurd bir fikirdir. Əslində buna qırxlı çağaya da desən inanmaz. Əgər belədirsə onda ortaya belə bir haqlı suallar çıxır: Əcəba, humanist bir peşənin sahibi olan N.Bəşirovanın xəstəxanada sürücülərin oğurluq etməsindən xəbəri var imişsə, onda bunun qarşısını almaq üçün əlində başqa vasitəmi yox idi? Əlbəttə, var idi! Onları xəbərdarlıq etməklə, vurduqları ziyanı ödətdirib yalnız işdən çıxarmaqla kifayətlənə bilməzdimi? Bilərdi! Bundan başqa, bəs xəstəxanada yaratdığı daxili mühafizə xidmətinin qoluzorluları hara baxırdılar, onların işi yalnız direktora cangüdənlik etməkdən və yaxud onun çantasını daşımaqdanmi ibarətdir?
Düzü deyim ki, bu məsələ mənə heç inandırıcı gəlmədi.
Mən hesab edirəm ki, direktorun yaxınları onu məsuliyyətdən kənarda saxlamaq üçün dövriyyəyə belə bir məlumat yayıblar. Məsələn, tutar qatıq, tutmaz ayran.
Əslində isə məlumatı hüquq mühafizə və xüsusi xidmət orqanlarına verən direktor deyil. Məlumatı verən xəstəxananın təcili tibbi yardım şöbəsində işləyən qadındır. Və onun məlumatı kimə verdiyi də bizə məlumdur. Sadəcə olaraq hələ ki, prokurorluğun məsələyə rəsmi münasibətini gözləyirik. Məsələn, işi araşdıran prokurorluq durub desək ki, elə məlumatı bizə Nürəngiz Bəşirova verib, onun məlumatı əsasında əməliyyat keçirilib, bax onda biz hər şeyi açıb ağardacağıq. Hələ ki, bəzi məlumatları gizli ona görə saxlayırıq ki, istintaqın gedişinə maneçilik yaranmasın.
Onu da qeyd edik ki, rayon prokurorluğunun məsələyə vicdanla yanaşacağına, işin obyektiv və qərəzsiz şəkildə aparacağına əminik. İnanmırıq ki, prokuror nəyinsə xatirinə və yaxudda ki, kimlərinsə təsiri dairəsinə düşərək direktoru məsuliyyətdən kənarda saxlamağa çalışa.

RealMedia-az.life


Geri qayıt