Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb
BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb5-08-2022, 15:19 |
Un istehsalı ilə məşğul olan dəyirmanlarda qıtlıq olması barədə yeni xəbərlər yayılıb. Un satışı ilə məşğul olan bəzi mağazalar satışı limitə keçirib. Çörək istehsalı ilə məşğul olan müəssisələr də unu limitlə aldıqlarını təsdiqləyib. Həmin müəssisələrdən bildirilir ki, gündəlik 20 kisə aldıqları mağazalar indi bu rəqəmi 3 dəfə azaldıb. Ancaq Gununsesi.info-nun sorğusuna cavab olaraq un istehsalı ilə məşğul olan dəyirmanlar ölkədə qıtlığın olması barədə iddialarla razılaşmayıb. Bununla belə iddialara görə, yaranmış duruma səbəb kimi Azərbaycan Ukraynadan buğda idxal etməsində yaranmış çətinliklər göstərilir. dia-az.life xəbər verir ki, kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli Gununsesi.info-ya açıqlamasında Azərbaycanda buğda probleminin olub-olmaması barədə danışıb. Vahid Mərrəmli deyib ki, Azərbaycan Ukraynadan buğda idxal etmirdi: “Azərbaycan əsasən Rusiyadan idxal edir və bu il bir hissəsini də Qazaxıstandan idxal edir. Azərbaycan üçün buğda idxalı üçün elə bir ciddi porblem hələ ki yaranmayıb. Əgər Rusiyada problem yaranarsa , bir hissəsini Qazaxıstandan idxal edə bilərik. Ancaq ümumilikdə Azərbaycan idxal etdiyi buğdanın həcmi çox yüksəkdir. Yəni təxminən 1,5-1,6 milyon tona çatır. Yəni burada risk kifayət qədər yüksəkdir. Əgər gələcəkdə bizi bu gün buğda ilə müəyyən qədər ixrac edən Rusiyada problemlər yaranarsa , Azərbaycan üçün çox ciddi problemlər yarana bilər. Onu da deyim ki, Rusiyanı gələcəkdə buğda istehsalı ilə bağlı ciddi problemi yaranacaq. Bu nə ilə bağlıdır? Rusiya əsasən toxumluq buğdanı xaricdən idxal edir. Əgər Rusiyaya həmin toxum materiallarını ixracına müəyyən məhdudiyyətlər qoyulsa , qadağa tətbiq edilsə Rusiyada məhsuldarlıq kəskin şəkildə aşağı düşəcək. Rusiya yalnız özünü təmin edə biləcək həcmdə buğda istehsal edə biləcək . Onu da deyim ki, Qazaxıstanın da imkanları məhduddur. Son zamanlar da onlar da istehsalı azldıb. Bu Azərbaycan üçün ciddi problem yarada bilər. Ona görə də Azərbaycan hazır olmalıdır ki, daxili istehsal hesabına heç olmasa özünün ərzaq buğdasına olan tələbatını 80 faiz ödəsin”. //Gununsesi.info// Geri qayıt |