Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda MƏMUR HARINLIĞI: Camaatın içməli suyunu kəsib, əkini sulayırlar...

Naxçıvanda MƏMUR HARINLIĞI: Camaatın içməli suyunu kəsib, əkini sulayırlar...


22-08-2022, 12:53
Naxçıvanda MƏMUR HARINLIĞI: Camaatın içməli suyunu kəsib, əkini sulayırlar...
Babək rayon Nehrəm qəsəbə sakinləri içməli su üçün bəzən onlarla kilometr yol qət etməli olurlar.
DİA.AZ xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a sakinlər məlumat veriblər.
Şikayətçilər deyiblər ki, qəsəbəyə bir neçə il öncə Əlincə çayından içməli su çəkilsə də, həmin suyu məmurlar öz əkin sahələrinə yönləndirirlər. Çayın suyu azaldıqda isə, sakinlərin içməli suyu tamam kəsilir. Bu zaman içməli su üçün onlar qonşu rayonlara üz tutmalı olurlar.
“50 km gəlmişik, Ordubaddan su aparırıq. Respublika, rayon rəhbərliyindən xahiş edirəm, bizə içməli su verin. Ayıbdır, biz gəlib Ordubaddan su daşımalıyıq?! 21-ci əsrdir, camaat kosmosa gedir, kosmosda su axtarırlar, biz Nehrəm kəndində su tapa bilmirik. Nehrəmə su verin. Camaat yazıqdır, ayıbdır”, - şikayətçi sakinlərdən biri deyib.

Sakinlər onu da bildiriblər ki, bu problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, nəticə olmayıb.
Bəzi qəsəbə sakinləri iddia ediblər ki, susuz saxlamaqla, yerli hakimiyyət nisbətən aktiv, etirazçı insanları məcburiyyət qarşısında qoyur ki, onlar qəsəbəni tərk etsinlər.

Geri qayıt