Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Zaur Mikayılov Tahir Rzayevlə BACARMIR?

Zaur Mikayılov Tahir Rzayevlə BACARMIR?


22-08-2022, 15:00
Zaur Mikayılov Tahir Rzayevlə BACARMIR?
Bəlkə də çoxları bilmir ki, indi ASC olan qurum vaxtilə nazirlik olub.
Bəli, vaxtilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi fəaliyyət göstərirdi, sonra Dövlət Komitəsinə çevrildi.
Daha sonra isə, daha dəqiq desək, 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə çevrildi.
Sözümüzün canı odur ki, bu qurumun “rüşvət və korrupsiya” mənbəyi digər nazirlik və komitələrdən daha çoxdur.
Məsələni çox uzatmadan qurumla bağlı cənab Prezident İlham Əliyevin dediyi fikirlərə nəzər salaq:
“Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.
Prezident açıq şəkildə dedi ki, itki adı ilə suyu silirlər.
Təsəvvür edirsiniz, 40-50 faiz su itkisi nə deməkdir..?
Bəlkə 100 miloyonlar..?
Xeyir milyondan deyil, milyarddan söhbət gedir.
Bircə fakta nəzər salaq:
Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev qeyri-qanuni əməlinə görə, 582.000 manat, yəni yarım MİLYON-dan çox cərimə olunub.
Əgər bir adam yarım milyondan artıq cəriməni ödəyə bilirsə, bunu dövlət hesabına qazandığı 10, bəlkə də 100 milyonları təsəvvür edin.
Tahir Rzayev ASC-nin yüzlərlə qurumundan biridir. Onun bu qədər pulu varsa, indi ASC-nin sədr müavinləri Zakir Quliyevin, Rafiq Aslanovun 100 milyonlarını təsəvvür edin.
Tahir Rzayevi kanallardakı lil-palçıq maraqlandırmır, onun işi-gücü görülməyən işlərə görə Forma 2 yazmaq və milyonları mənimsəməkdir.
Bircə faktı deyək ki, Tahir Rzayevin tabeçiliyində, təxminən 1500 km uzunluğunda suvarma kanalı var. Son 10-15 ildə bu kanalların çoxu təmizlənməyib, ancaq ayrılan pullar mənimsənilib.
Tahir Rzayevin “Melioservis”ə köçürdüyü pulları hesablayan olsa, onu ən ağır cəza gözlədiyini müəyyən etmək olar. Melioservisin adına nə qədər saxta Forma 2-lər yazılıb.
Kanallar isə çirkab əlindən iylənir.
Rayon sakinləri dəfələrlə müxtəlif dövlət orqanlarına yazsalar da baxan olmayıb.
Hətta Tahir Rzayev onun barəsində yazanları şər-böhtan adı ilə həbs etdirmək istəyir.
Tahir Rzayev hər yerdə deyir ki, mənim arxamda ASC-nin sədr müavini Zakir Quliyev dayanır, heç kim mənə toxuna bilməz.
Rayonda Tahir Rzayevin əsas dostlarından biri də Saatlı Mənzil Kommunal Təsərrüfatı İehsalat Birliyində hüquqşünas işləyən Nəriman Ağayevdir.
Nəriman Ağayev dostu Tahir Rzayevdən şikayət yazanlara hüquqi don geydirməyə çalışır.
Sözün qısası, Tahir Rzayev fermerləri, sahibkarları, təsərrüfat sahiblərini sudan imtahana çəkərək istədiyi pulu alır.
Bütün bunlar azmış kimi Tahr Rzayev idarənin bütün maşın, avadanlıq və texnikasını özəl şirkətlərə verərək yüz minlər qazanır. Kanallar isə lilin-palçığın içində qalır.
Təsəvvür edirsiniz dövlətin verdiyi texnikanı Tahir Rzayev öz istədiyi kimi, kimə istəyir arendaya verir.
Hələ bu harasıdır..?
Tahir Rzayev çayın bəndini dağıtmaqla ekoloji tarazlığı pozur, bu müdaxilələr isə gələcəkdə fəlakətlərə səbəb ola bilər.
Tahir Rzayevlə bərabər onun qardaşı Zahid Rzayev də rayonda böyük biznesə sahibdir.
Rzayev qardaşlarının daş karxanası, qum-çınqıl sexləri gecə-gündüz işləyir. İdarənin texnikası qardaşların daş karxanalarında işləyir.
Görəsən, bu qardaşlar karxanalardan qazandığı milyonlardan nə qədər dövlətə vergi ödəyirlər..?
Saatlı bələdiyyəsi nə üçün bu qardaşlardan vergi tələb etmir..?
Sözün qısası Saatlı Suvarma Sistemləri İdarəsinin rəisi Tahir Rzayev milyonları qazanır və ASC-nin sədr müavinləri Zakir Quliyevlə, Rafiq Aslanovla bölüşdürür.
Görəsən ASC-nin təzə sədri Zaur Mikayılov hara baxır..?
//gundelik-baku.com//
Geri qayıt