Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Bərdənin xanım məmuru vəziyyətdən çıxış yolunu tapıb...
Bərdənin xanım məmuru vəziyyətdən çıxış yolunu tapıb...25-08-2022, 11:13 |
DİA.AZ: - Bir müddət əvvəl Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar həyata keçirildi və həbs edilənlər oldu. Əslində bu olay arif adamlar üçün bir siqnal rolunu oynamalı idi. Maləsəf, bəziləri fəqrli düşünür və onların sırasında Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova da var. Qeyd edək ki, Vəsilə xanım bu ilin aprel ayında sözügedən vəzifəyə təyin olunub. Amma buna rəğmən gəldiyi gündən BÖYÜK İŞLƏRƏ imza ata bildiyindən ciddi əndişə keçirir. DİA.AZ olaraq bu barədə xəbəri çatdırmışdıq. Qeyd etmişdik ki, bundan öncə Ağdam rayon icra hakimiyyətində, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində və Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə çalışmış Vəsilə Möhsümova əslində ilk günlərdən özünə bir "imperiya" qurmaq həvəsinə düşüb. Bu barədə danışan mənbənin söylədikləri: "Sanki hansısa qalanı almış fatehlər kimi Mədəniyyət Nazirliyinin Bərdə regional idarəsinə təyin olunduqdan sonra sözügedən quruma aid əraziləri bir-bir gəzən, hər bir ərazidəki tabeçiliyində olan qurumları bir-bir analiz edən, onların rəhbərləri ilə bir-bir danışıq aparmağa vaxt tapan Vəsilə xanımın bu operativliyi əslində heç də işgüzarlıqla əlaqədar deyil və burada yetərincə şübhələnməli məqamlar var". Onu da qeyd edək ki, Bərdə regional idarəsi Bərdə, Tərtər, Yevlax, Mingəçevir bölgələrini əhatə edir. Mənbə olduqca ilginc ittihamları səsləndirib. DİA.AZ-a danışan mənbə bildirir ki, gəldiyi ilk gündən bəzi planlara malik olan Vəsilə Möhsümova hələlik gözləmə mövqetindədir: "Söhbət özünə yeni komanda qurma və bu əsnada qazanc əldə etmə istəyindən gedir. Amma hüquq-mühafizə orqanlarının sözügedən istiqamətdəki aktivliyi Vəzilə xanımı bir balaca ehtiyatlı davranmağa vadar edib. Yəni rüşvəti dolayı yollarla qəbul edirlər..." Onu da bildirək ki, məlumatı verən mənbə daha ağır ittihamlar da səsləndirib. Müəyyən dəqiqləşdirmələrdən sonra bu barədə materialımızı təqdim edəcəyik. İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |