Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Bravo"dan məhsul alarkən DİQQƏTLİ OLUN...
"Bravo"dan məhsul alarkən DİQQƏTLİ OLUN...25-08-2022, 12:27 |
DİA.AZ: - "Bu məhsulun harada və hansı dükanlar şəbəkəsində satılması hamıya bəllidir məncə". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupunadkı paylaşımında Tural Əliyev adlı istifadəçi giley edir. DİA.AZ qeyd edir ki, narazı vətəndaş gileyində konkret olaraq hansı marketi açıqlamasa da, söhbətin "Bravo" marketlər şəbəkəsindən getdiyi həm iddiadan, həm də şərhlərdən aydın olur. Daha sonra Tural Əliyev yazır: "Ehtiyatlı olmağa dəvət edirəm hər kəsi. Məhsul qablaşdırılanda ən azından yararsız məhsul ayırd edilməlidir. Mərcinin kənarları şəffaf torbada göyərmək üzrədir. Hiss olunur ki məhsul keyfiyyətdən düşüb. Yenidən qablaşdırılaraq başqa əmtəə nişanı (Fellini, Baldessarini, Fragonard nə bilim nə) adı altında piştaxtalara düzülür". DİA.AZ bildirir ki, narazı vətəndaşın iddialarına başqa bir müştəri aşağıdakı şərhi əlavə edib. Sona Adıgözəlova adlı istifaəçi yazır: "Bayaq həmin məlum marketə girdim, bir xeyli şokolad konfet endirimə qoyublar. Qiymətin yanında məhsulun istehsal və s.i.t yazılan kiçik kağız olur, hamısına baxdım tək tək. Sentyabra qədər vaxtları var idi. Demək, vaxtına az qalan şeyləri atırlar endirimə". İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |