Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?!"
"Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?!"29-08-2022, 15:17 |
Çin istehsalı olan avtomobillərinin Azərbaycanda satışı ilə məşğul olan “Sirena Motors” MMC-nin müştəriləri cüzi borc və gecikmə bəhanəsiylə bataqlığa salması, ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta məhkəmədə uduzduğu müştərilərə münasibətdə belə ədalətsiz davranması barədə indiyədək xeyli informasiyalar yayılıb. O da məlumdur ki, “Sirena Motors” MMC heç də vicdanlı vergi ödəyicisi deyil. Şirkət “alıcı”yla bağladığı “alqı-satqı” müqaviləsində avtomobilin real qiymətini ortalama 30 faiz artırdığı halda, vergi hesablaşmalarını ilkin qiymətlə aparır. Avtomaşının üzərinə yüklənmiş faiz borcu da vergidən gizlədilir. MMC-nə direktorluq edən şəxslərə isə sanki, “vur, tut, as, kəs, dərisini soy, rəhm eləmə, qanuna tüpür, müştərinin ağına da lənət, qarasına da” və s. kimi göstərişlər verilmişdir. Aydın məsələdir ki, Azərbaycan reallığında sadə vətəndaşlarla (bizim misalda kasıb təbəqəyə aid müştərilərlə) bu cür saymazyana, əzazilcə davranmağı yalnız pulunun çox olmasına güvənən adam bacarmaz. Apardığımız araşdırmalarla öyrənmişik ki, “Sirena Motors” MMC məşhur iş adamı, taxıl biznesmeni, sabiq deputat Əsabil Qasımovun qardaşı oğlu Vüqar Qasımovun adına qeydiyyatdadır. Ancaq Vüqar Qasımov şirkətlə bağlı münasibətlərdə aysberqin görünməyən tərəfində yer alıb. Buna görə də Şirkətin başına hər dəfə birilərini keçirdir. Amma bu biriləridə şirkətin əsl sahibini – Vüqar Qasımovu hədəfə gətirir. Sanki həmin şəxslər şirkətlə bağlı tənqidi məqalələrin dərc edilməsindən zövq alırlar. Əslində hamı bilirdi ki, Əsabil Qasımova deputat mandatı idarə etdiyi, ölkəmizin hüdudlarını aşan biznes şəbəkəsinə (yerli Karat Holding MMC, Karat MTK (tikinti şirkəti, İdeal MMC (tikinti şirkəti, Azİnvest (tikinti şirkəti), Everest-M (tikinti materialları biznesi, Şin Servis (armatur biznesi), Aveta MMC (un istehsalı), Karmen MMC dəyirmanı, Hökməli Makaron Fabriki, Hökməli Kisə Fabriki, ASTEL MMC Quşçuluq Fabrikləri, Gəncə Fatoğlu un dəyirmanı, Marina Plaza oteli, Premium market, İzmir MMC (tikinti şirkəti), Seymur MMC (Dəllər Un dəyirmanı), xarici YUTAS ( ООО “ЮТАС”, (ООО “ПОДОЛЬСК�?Й МУКОМОЛЬНЫЙ ЗАВОД”, ООО “Русагро”, ООО “СТАВ-АЗ”, ООО «АгрОС», ООО “Экспо”, OOO “АГРОМАН, ТОВ АТЛАНТА ТРЕЙД�?НГ КО və bir çox sanatoriyalar) bir növ “çətir” kimi lazım idi. Adlarından göründüyü kimi, Əsabil Qasımovun xarici şirkətlərinin çoxu iri taxıl istehsalçıları olan Rusiya, Ukrayna və Qazaxıstanla işləyir. Hazırki Rusiya – Ukrayna müharibəsi Qasımovun biznesinə necə təsir edib və bunun Azərbaycandakı un istehlakçılarına təsiri artan qiymətlərdədir. Müşahidələr göstərir ki, Karmen” şirkəti hər dəfıə bahalaşmanın anonsu verilən kimi satışı məhdudlaşdıraraq anbarlardakı malını qoruyur, süni qıtlıq, sabotaj yaradır. Belə vəziyyətdə un bazarında Qasımova monopolist kimi üstünlük verilməsi yolverilməzdir. Əsabil Qasımovun biznesindəki fantastik böyümə məhz onun deputatlıq fəaliyyəti dövrünə aiddir və bu da deputatın biznesi ilə bağlı haqlı, əsaslı şübhələr yaradıb. Ölkənin vacib təhlükəsizlik elementlərindən olan taxıl və una tələbatı bir əldə şəbəkələşmənin, monopoliyalaşmanın girovuna çevirilib. Bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyinin yayadığı fotoşəkillərdən məlum olmuşdu ki, Xankəndində yaşayan ermənilər Əsabil Qasımova məxsus “Karmen” un məhsullarından istifadə edirlər. Əsabilin tikinti şirkətləri də sakinləri zorla köçürmələri, pilot layihə adı ilə mənzillərini əllərindən almaları ilə məşhurdurlar. Bütün bu və digər informasiyalardan çıxan ümumiləşdirilmiş nəticə budur ki, harada Əsabil Qasımov var, orada ədalətsizlik, hüquqpozma, sabotaj, alıb-aldatma, əliəyrilik, dövlətin, xalqın mənafeyinə zidd əməllər var. “Sirena Motors” da bu sırada istisna deyil. Çörək satışında harama əl atan avtomobil satışında nələr eləməz ki?! RealMedia-az.life Geri qayıt |