Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İnam Kərimov keçmiş nazirin kürəkəni ilə işləyir...

İnam Kərimov keçmiş nazirin kürəkəni ilə işləyir...


6-09-2022, 16:11
İnam Kərimov keçmiş nazirin kürəkəni ilə işləyir...
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyi (KTN) yeni inzibati binası üçün informasiya texnologiyalarının və proqram təminatının satın alınmasına dair elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

DİA.AZ xəbər verir ki, 2,806 milyon manatlıq tenderin qalibi "Caspel" MMC-dir.

Xatırladaq ki, Caspel MMC buna qədər Kənd Təsərrüfatı Nazirliyinin məlumat saxlama qurğusu, modul və lisenziyaların satın alınması, quraşdırılması və sazlanması işlərinin satınalınması üzrə 5 118 482 manatlıq tenderini qazanıb (17.08.2022).

DİA.AZ-ın araşdırmalarından aydın olur ki, "Caspel" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) heç də hazırki məmurlaarımız üçün yad bir təşkilat deyil və zaman-zaman bu quruma milyonlar qapdırılıb.

Qeyd edək ki, "Caspel" MMC 2005-ci ilin avqust ayında dövlət reyestrində qeydiyyata alınıb.

İyirmi manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ev 50 B, qanuni təmsilçisi isə Quliyev Ceyhun Məhi oğludur.

"Dövlət Satınalmaları Haqqında" Qanunun tələblərinə görə tenderdə iştirak edəcək şirkətlərin tender komissiyasına təqdim etdiyi vacib sənədlərdən biri də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışıdır.

"Caspel" MMC-nin hazırda dövlətə olan vergi borcu 1.367.488 manat təşkil edir.

Xatırladaq ki, "Caspel" MMC-nin keçmiş Vergilər Naziri Fazil Məmmədovun kürəkəninə məxsus olduğu deyilir. Belə ki, "Caspel" MMC-nin qanuni təmsilçisi Ceyhun Quliyev Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır.

Namiq Quliyev Fazil Məmmədovun Vergilər naziri olduğu illərdə uzun müddət Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisinin 1-ci müavini vəzifəsində çalışıb.

Yerli mediada yazılanlara görə "Caspel” şirkəti vaxtilə iş adamlarına satdığı kassa aparatlarından 100 milyonlarla vəsait qazanıb.

İndi isə bu təşkilat İnam Kərimovla ortaqlıq edir...

Geri qayıt