Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Səfər Mehdiyev HƏBS OLUNUR?

Səfər Mehdiyev HƏBS OLUNUR?


6-10-2022, 15:25
Səfər Mehdiyev HƏBS OLUNUR?
Müdriklər deyir ki, hər kəs öz dilinin altında gizlənib, ağzını açıb danışan kimi hər şey bəlli olur. Bu müdrik kəlamı belə də ifadə etmək olar: Hər kəs öz tərcümeyi-halında gizlənib. Ona görə də Gündəlik-Bakı olaraq kimdən yazırıqsa, mütləq onun tərcümeyi-halını diqqətlə təhlil edirik, onun karyerasına nəzər salırıq. Bu günkü “qəhrəman”ımız bir neçə ay öncə vəzifəsindən azad edilən, polis işçisinə "Sən nə qanmaz adamsan" deyən, Dövlət Gömrük Komitəsinin sabiq sədri, Səfər Mehdiyevdir.
Səfər Mehdiyev 1973-cü ildə Naxçıvanda anadan olub. Rəsmi tərcümeyi-halında yazılıb ki, orta məktəbdən sonra həqiqi hərbi xidmətdə olmuşdur. Səfərin orta məktəbi bitridiyi 1990-91-ci illər Qarabağda qanlı müharibənin getdiyi illər olub. Görəsən, Səfər harada, hansı cəbhədə qulluq edib..? Və neçənci illərdə..? Niyə Səfər tərcümeyi-halında bunu gizlədir..? İkincisi, yazır ki, Səfər orta məktəbdən sonra Nehrəm kəndində "kolxoz"da fəaliyyətə başlamışdır. O illərdə "kolxoz"lar artıq ləğv olunurdu. Görəsən, Səfər "kolxoz"da nə işində çalışıb..? Həm də rəsmi tərcümeyi-halında orta məktəbdən sonra həqiqi hərbi xidmətdə olduğu yazılır. Bəlkə, Səfər "kolxoz"la hərbi xidməti səhv salır..? Deməli, Səfər savadsız şagird olub ki, dünyanın düz vaxtında nəinki ali məktəblərdən birinə, heç texnikuma da qəbul olunmayıb. Bəs necə oldu ki, bu savadsız Səfər bir neçə il sonra Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini bitirdi ? Kolxoz hara, Egey universiteti, Beynəlxalq İqtisadi əlaqələr hara..? Axı, elementar məntiq deyilən bir anlayış var. Hətta texnikuma girə bilməyən biri necə oldu ki, Türkiyədə universitetə daxil ola bildi..? Bu hələ harasıdır..? Nehrəm "kolxoz"undan Türkiyəyə “uçan” Səfər oranı bitirən kimi Dövlət Gömrük Komitəsində yüksək vəzifəyə təyin olunub. Vallah, belə möcüzəli kadr təyinatları ancaq bizdə ola bilər. Və bir müddət sonra bu adam DGK sədrinin müavini, sonra birinci müavini təyin edilib. Nəhayət 2018-ci ildə DGK-nın sədri vəzifəsinə təyin olunub. Və gömrük xidməti general-polkovnik rütbəsi qazanıb, hətta Allah qoymasa, “Vətənə xidmətə görə” ordenin TAM KAVALERİ olub. Deyirəm nə yaxşı Səfər Mehdiyev MARŞAL olmayıb.
Təsəvvür edirsiniz, harada, neçənci illərdə hərbi qulluqda olduğu bəlli olmayan birisi az vaxtda general-polkovnik rütbəsinə yüksəlib. Səfər Mehdiyev cəmiyyətin yaddaşında rüşvətxor və korrupsioner biri kimi qaldı. Bu hələ harasıdır..? Səfər Mehdiyev həmçinin yerlipərəstlikdə və diskriminasiyada ittiham olunur. Belə ki, komitənin 4.000 əməkdaşının 1400-ündən çoxu Səfər Mehdiyevin doğulduğu Nehrəm kəndindəndir. Təsəvvür edirsiniz, Dövlət Komitəsinin az qala yarısı eyni kənddən və Səfər Mehdiyevin özünün və arvadının qohumları olub. Bəli, 2022-ci ildən başlayaraq DGK-da bir neçə dəfə xüsusi əməliyyatlar keçirildi, generallar, vəzifəli şəxslər saxlanıldı. Və indi növbə Səfər Mehdiyevin özünə çatıb. Bütün proqnozlar onu göstərir ki, yaxın zamanda Səfər Mehdiyev həbs olunacaq. Səfər Mehdiyev bir il öncə özündən razı halda açıqlama verəndə ki, əgər DGK-da 1 FAİZ rüşvət və inhisar halı olsa, istefa verməyə hazıram. Gündəlik-Bakı olaraq o vaxt yazdıq ki, istefa vermək sənin “razmerində” olan məsələ deyil. Ümumiyyətlə, DGK-dakı rüşvət və korrupsiyanın miqyası milyonlarla ölçülürdü.
Təsəvvür edirsiniz, ölkədən çıxarılan əlvan və digər metalların kodunu dəyişməklə, yəni xammalı hazır məhsul kimi qeydə almaqla Səfər Mehdiyev milyonlar qazanıb. Amma dövlət büdcəsinə dəfələrlə artıq ziyan dəyib. Səfər Mehdiyevin Nehrəmdəki, Qusardakı, Şamaxıdakı, Mərdəkandakı, Badamdardakı villalarının, Milli Onkologiya Mərkəzinin yanında supermarketinin, mərasim zallarının, Gömrük Komitəsinin Hospitalının yanındakı diş klinikasının dəyəri ən azı yüz milyon yox ee, milyard deməkdir. Biz hələ Şahbuz rayonunda dağların arasındakı malikanədən danışmırıq. Səfər Mehdiyevin Nehrəmdəki 350 hektarlıq üzüm bağlarının məhsulu şərab üçün istifadə olunur. Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyev üzümçülük təsərrüfatını idarə edir. Səfər Mehdiyevin bacısı oğlu Fərman Əliyev Dövlət Gömrük komitəsinin əməkdaşı, digər bacısı oğlu Əli İsmayılov avtomobillərin gömrük rəsmiləşdirilməsi idarəsinin (rastamoşka) əməkdaşı, digər bacısı oğlu Məhərrəm İsmayılov Gömrük Komitəsi mobil rabitə xidmətinin əməkdaşı idi. Gömrük Komitəsinə işə qəbula, KADRO məsələsinə Səfər Mehdiyevin qayınatası Qulu Tarquliyev rəhbərlik edirdi. Xalası oğlu Vüsal Nuruyev Sınıq körpü gömrük postunun rəisi, Səfər Mehdiyevin bacısının 3 kürəkəni, bacısı oğlu, qaynatası, bacanağları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirdi. Qayınları Əli, Zeynal, İlham Tarquliyevlər də məhz Səfər Mehdiyevin sayəsində Bakıda sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Çox rahatlıqla xarici ölkələrdən istədikləri qədər mal gətirirlər. Sizcə belə adamlara sərf edərmi ki, sıravi vətəndaşlar ayda bir neçə dəfə xaricdən nələrsə gətirsinlər?
Məsələn, onun Gündüz adlı bacanağı “Babək” və “Orxan-SS” şirkətlərinin sahibidir. O, Hindistandan ölkəmizə idxal olunan camış ətlərinin monopolistidir. Bu gün Gündüzdən başqa heç kim Azərbaycana dondurulmuş ət və ət məhsulları gətirə bilməz. Bu ət inhisarını isə ona bacanağı Səfər Mehdiyev hədiyyə edib. Bəli, Səfər Mehdiyev bu boyda biznes imperiyasını DGK-dan qazandığı yüz milyonların hesabına əldə edib.
Yəqin ki, yaxın zamanda Səfər Mehdiyevin TİFAQ-ını dağıdacaqlar.
P.S. Bu gün bütün monopolislərə qarşı mübarizə aparılmalı və azad ticarət rəqabəti hökmən yaradılmalıdır.
//gundelik-baku.com//
Geri qayıt