Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Hara şikayət edək, dərdimizi hara deyək?"

"Hara şikayət edək, dərdimizi hara deyək?"


12-09-2022, 11:03
"Hara şikayət edək, dərdimizi hara deyək?"
DİA.AZ: - "6 aydır sıxlıqla xarici kartlara köçürmələr edirəm, son 2-3 gündə, 109+59+31AZN dəyərində vəsaitim sözün əsl mənasında yoxa çıxıb". DİA.AZ xəbər verir ki, bunu "Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında İsmayıl Əsədullayev adlı istifadəçi bildirir.

"Hara şikayət edək, dərdimizi hara deyək?"

"Narazı vətəndaş daha sonra davam edir: ""Biribot" və "196" digər bankda problem olduğunu deyir amma xaricə həmişə köçürmə aldığım kartada dünən pul gəlib çatmayıb.
Robot kimi eyni cavabları alıram, ödəniş uğurlu deyib məsələni araşdırmadan ünsiyyəti bitirirlər.
Hara şikayət edək, dərdimizi hara deyək?
Filiala əldə qarşı tərəfdən gələn sənəd olmadan yaxınlaşmayın deyirlər, belə iş olar?
3-4 gün oturub gözləməliyəm mən?
Əməkdaşları hamısı fərqli cavab verir, biri 5 gün gözləməlisiz sistemdə işlər gedir deyir digəri ödəniş uğurla keçib deyir..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt