Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sumqayıt gömrüyündə Ramil Məcidov kimlərə “krışa”lıq edirmiş…
Sumqayıt gömrüyündə Ramil Məcidov kimlərə “krışa”lıq edirmiş…13-09-2022, 14:53 |
1999-cu ildən Dövlət Gömrük Komitəsində yüksək vəzifələrdə çalışan Səfər Mehdiyev 2018-ci ildə bu komitənin sədri təyin ediləndə elə bir “tufan” qopardı ki… Gömrük sistemində rüşvət, korrupsiya və inhisarçılıq olsa, istefa verməyə hazıram. Bir müddət keçəndən sonra belə bir açıqlama verdi: Gömrük sistemində 1 faiz rüşvət olduğunu sübut edə bilsəniz… Sonra özündən əvvəlki DGK sədrlərini ifşa etmək üçün yeni açıqlama verdi… Əvvəlki illərlə müqayisədə neçə 100 milyon artıq büdcəyə pul köçürmüşük… Beləcə, Səfər Mehdiyev özü barəsində az qala NAĞIL danışmağa başladı. Yeri gəlmişkən, o zaman bəzi millət vəkilləri də Milli Məclisdə Səfər Mehdiyevi tərifləməyə başladı. Bir sözlə, Səfər Mehdiyev özü barəsində MİF yaratmaqla məşğul oldu. Çox təəssüf ki, bir müddət cəmiyyətin müəyyən hissəsi Səfər Mehdiyevin NAĞIL-llarına inanmağa başladı. Amma… Əmması odur ki, Səfər Mehdiyev gözünü Dövlət Gömrük Komitəsində açmışdı və bütün maxinasiyaları əla bilirdi. Amma müdriklər demişkən, yalanla, o birisinin ömrü 40 gün çəkər. Amma Səfər Mehdiyev unutdu ki, indi sürət əsridir və yalanın ömrü çox uzun çəkmir. Sözün qısası, Səfər Mehdiyev qısa zamanda gömrük sistemini elə günə qoydu ki, səsi ən yuxarı dairələrdən eşidildi. Təsəvvür edirsiniz, hansı nüfuzlu şəxs Səfər Mehdiyevə deyir ki, oğlumun 300-400 min manat gömrük rüsumu ilə bağlı borcu var. Və Səfər Mehdiyev cavabında bildirir ki, narahat olmayın həll edərik. Yaxud tanınmış şirkətlərdən birinin rəhbəri Səfər Mehdiyevə deyir ki, ixrac etmək istədiyimiz neçə min tonluq məhsulumuzu XAMMAL kimi deyil, HAZIR MƏHSUL kimi sənədləşdir. Problem həll olunur və kimlərinsə cibinə milyonlar, dövlət büdcəsinə isə qəpik-quruş gedir. Yaxud Səfər Mehdiyevin DGK-dakı qohumları gömrük bəyannaməsi adı altında milyonlar qazanır. Sözün qısası, redaksiyamıza daxil olan məlumata görə, son illər Dövlət Gömrük Komitəsində dəhşətli proseslər baş verirmiş. DGK-nın əsas qurumlarından biri olan Sumqayıt Gömrük İdarəsində də oxşar proseslər baş verib. Məlumdur ki, ölkənin əsas gömrük qapılarından biri olan Sumqayıt gömrüyündən xeyli məhsullar idxal-ixrac olunur. Və “rastamoşka”-gömrük sənədləşdirilməsi zamanı dövlət rüsumu ödənilməli olduğu halda, heç bir rüsum ödənilməyib. Dövlət rüsumu o deməkdir ki, bu məsələyə kimsənin ƏLİ toxuna bilməz, yəni bu rüsum ancaq dövlətə məxsusdur. Amma Səfər Mehdiyevin qurduğu gömrük sistemində hər şey mümkündür. Möhtəbər mənbədən daxil olan məlumata görə, Sumqayıt Gömrük İdarəsində 2 MİLYON 400 MİN DOLLAR dövlət rüsumu yoxa çıxıb. Daha doğrusu, 2,4 milyon dollar gömrük rüsumu olan məhsul gömrük sistemindən keçəndə KİMSƏ deyib ki, bu məhsulu buraxın, bu məhsul mənlikdir. Və bu günədək 2,4 milyon dollarlıq gömrük rüsumu ödənilməyib. Bəli, DGK-nın fəaliyyətinə bələd olanlar bilir ki, burada müxtəlif “krışa”lar var. Hətta deyilənlərdən bəlli olur ki, belə “krışa”lardan biri də o zamanlar Baş Prokurorluğun Ədliyyə və Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ramil Məcidovdur. Məlumat üçün qeyd edək ki, Ramil Məcidov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin keçmiş rəisi, Göyçay rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mehdi Səlimzadənin oğludur. İndi bildinizmi, Səfər Mehdiyevin zamanında büdcədən oğurlanan milyardlar hara gedib..? Bəli, biz araşdırırıq, axtarırıq, ölkə başçısını məlumatlandırmaq üçün əlimizdən gələni edirik. Amma Ramil Məcidovun "krışalıq" edərək gömrük sistemindən yayındırdığı 2.4 milyon dollar birbaşa dövlət büdcəsinə girmək və oradan oğurluq etmək kimi qiymətləndirilməlidir. Ona görə ki, həmin 2.4 milyon dollar gömrük rüsumu dövlət büdcəsindən yayındırıldığı vaxt Ramil Məcidov Baş Prokurorluqda gömrük sisteminə nəzarət edirdi. Bəli, hal-hazırkı dövrdə Gömrük Komitəsinə rəhbərlik edən Şahin Bağırov bu məsələləri ciddi araşdırmalıdır. Ən əsası odur ki, Sumqayıt Gömrük Komitəsində həmin 2.4 milyon dollar gömrük rüsumu yoxa çıxıb. Məlumatlı mənbə bildirir ki, bu 2.4 milyon dollar o zamankı kurator Ramil Məcidovdadır. Biz nə bilək bu həmin 2.4 milyon dollar Kürdəxanı bağlarında oynanılan qumarda uduzulub. Gürcüstandan olan hansısa bir ayağı sürüşkən, küçə fahişəsinə xərclənib. Nə bilək, harada axtaraq? Amma bir məsələ var ki, bu gömrük rüsumu dövlət büdcəsindən yayındırılıb. Bütün bu məsələlərin araşdırılması üçün Sumqayıt Gömrük Komitəsinin sədri Coşqun Əhmədzadə ilə əlaqə saxlamağa çalışdıq. Cəhdlərimizə baxmayaraq Sumqayıt Dövlət Gömrük Komitəsindən suallarımızı cavablandırmaq üçün heç kimi tapa bilmədik. Amma ümid edirik ki, bu tipli məsələlərin araşdırılması üçün həm vaxtımız, həm də imkanımız var. Ona görə də, iki milyon dörd yüz min dollar vergi rüsumunu oğurlayan şəxslərə demək istəyirik ki, nə qədər ki gec deyil aparın pulu qaytarın. Dövlət büdcəsindən oğurluğa görə cəzanın növü çox ağırdır, cənablar. Bəli, yuxarıda yazdıqlarımızı dəfələrlə xatırlatmaqda məqsədim ondan ibarətdir ki, Dövlət Büdcəsindən oğurlanan hər bir qəpiyin ünvanı bəlli olsun. Biz inanırıq ki, çox hörmətli Baş Prokurorumuz bu məsələnin araşdırılması üçün müəyyən göstərişlər verəcək. Tezliklə, dövlətə dəymiş zərər ödəniləcək və bu işdə günahkarlar öz layiqli cəzasını alacaqlar. Onu da bildirmək istəyirik ki, Dövlət Büdcəsi ödənilən rüsumlardan və vergilərdən cəmlənir. Sonda Səfər Mehdiyevin lap sonuncu müsahibəsindən bir fraqment: “Kimsə yuxuda nəsə görürsə, ağlına gələni danışırsa mən ona fikir bildirməli deyiləm. Hazırda evimdəyəm”. “Gömrük Komitəsinin həbs edilən yüksək vəzifəli generalalrı günahkar hesab edirsinizmi” sualına isə Səfər Mehdiyev cavab verməkdən yayınıb. Sonda Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırova, Respublika Prokuroru, çox hörmətli Kamran Əliyevdən xahiş edərdik ki, Sumqayıt Gömrük Komitəsindən itmiş 2.4 milyonun taleyinin araşdırılması üçün göstəriş versinlər. P.S. Biz bir mətbu orqan olaraq, əlimizdə olan faktları açıqladıq. Bundan sonra araşdırılma istintaq orqanlarının işidir. //gundelik-baku.com// Geri qayıt |