Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şəmkirdə şəhid atasının ÇİYNİNDƏKİ YÜK...

Şəmkirdə şəhid atasının ÇİYNİNDƏKİ YÜK...


19-09-2022, 11:49
Şəmkirdə şəhid atasının ÇİYNİNDƏKİ YÜK...
DİA.AZ: - "Son günlər ölkə gündəmini zəbt etmiş foto haqqında sizə bəzi məlumatları vermək istəyirik". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Şəmkirdə şəhid atasının ÇİYNİNDƏKİ YÜK...

Məqalədə daha sonra bildirilir: "Soldan sağa- Şəmkir Məscidinin Axundu Məşədi Natiq. Özü əslən Lənkəran şəhərindəndir. Şəmkir rayonunda bir zamanlar dayısı yaşamışdır. Dayısı rəhmətə gedəndən sonra gəlib burada məskunlaşmışdır. Şəmkirə gəlməzdən əvvəl məhkumluq həyatı yaşamışdır.
Arxada dayanan Rasim Mustafayev Şəmkir rayon İcra hakimiyyətində şöbə müdiri işləyir. Müxtəlif dövrlərdə barəsində məişət pozğunu kimi yazılar dərc olunmuşdur. Bir neçə il əvvəl rayon sakinləri tərəfindən öz qohumunun evindən çıxanda döyülmüşdür.
Soldan 3 cü Sərdar Namazov- İcra hakimiyyətində vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin müdiri işləyir. Müharibə başlayanda baş leytenant rütbəsində arxa cəbhədə başını girələmişdir. Müharibə iştirakçıları, döyüşçülər, qazilər bu barədə etiraz etsələr də, əvvəlki başçı Alimpaşa Məmmədov tərəfindən bu vəzifəyə təyin edilmişdir. Həyat yoldaşı Samirə həkim Kür qəsəbə xəstəxanasının baş həkimidir.
Ondan sağda Fəxrəddin Vəliyev. Bu şəxs 30 ilə yaxındır Şəmkirdə yüksək vəzifələr tutur. İcra başçısının müavini işləmişdir. Hazırda YAP Şəmkir sədri işləyir. Hər zaman diqqətdən yayınmağı bacaran bu şəxsin 3 oğlu var. Deyilənə görə oğlanları DTX və prokurorluq orqanlarında çalışır. Kiçik oğlu isə ona məxsus olan Narınqala restoranını işlədir, hərbi xidmətdə olmayıb.
Nəhayət, Rəşad Tağıyev !
Bir müddət Bakı Təhsil İdarəsinin rəisi işləyən bu gənc oğlan, təsadüf nəticəsində Şəmkirə icra başçısı təyin olunub. Rayonda bahalı X 6 markalı maşını ilə gəzişərək, insanlarda ikrah hissi oyadır..."

Yazıda adları çəkilənləri dinləməyə hazırıq...

Geri qayıt