Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Anar Hüseynovun adamları HƏBS OLUNUR...

Anar Hüseynovun adamları HƏBS OLUNUR...


10-10-2022, 12:09
Anar Hüseynovun adamları HƏBS OLUNUR...
DİA.AZ: - Hələ keçən günlərdə DİA.AZ olaraq Kənd Təsərrüfatı Nazirliyində açıq-aşkar dövlət büdcəsinin qarəti prosesi müşahdiə olunması ilə bağlı həyəcan təbili çaldıq və ortaya konkret faktları təqdim etdik. Belə ki, bu barədə DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olurdu ki, dövlət büdcəsinin talanı prosesi artıq KTN rəsmiləri üçün o qədər adiləşib ki, hətta nazirliyin rəhbər qurumlarında təmsil olunanlarla bu QARƏTDƏ rəsmi iştiraklarını gislətməyi və yaxud da ört-basdır etməyi belə ağıllarından keçirmirlər.

DİA.AZ-a verilən məlumatda deyilitdi ki, sözügedən nazirliyin Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin müdiri Hüseynov Anar Maşallah oğlunun adına Kənd Təsərrüfatı Nazirliyinin internet saytında olan SUVARMA QRAFİKİ bölməsində 3605 hektar müxtəlif əkinlər üçün suvarma növbəsi qeyd edilib.

Məlumat təqdim edən mənbə bildirir ki, Azərbaycanda hər hektar əkin üçün subsidiyanın baza məbləği 200 manatdır:

"Bu hesabla, Anar Hüseynovun əgər doğrudan da 3605 hektar əkin sahəsi varsa, belə çıxır ki, o, dövlətdən özünə təkcə suvarma subsidiyası kimi 721 min manat pul ayırıb".

Bununla bağlı DİA.AZ-a danışan mənbə bir məsələ ilə olaya yekun diqqəti çəkmiş oldu. KTN-dəki qaynaq iddia edir ki, Anar Hüseynovun fəaliyyətinin hüquq-mühafiqə orqanları tərəfindən araşdırıldığı haqda xəbərlər dolaşır və ola bilsin ki, hələlik kənardan aparılan bu proses nazirlikdə XÜSUSİ ƏMƏLİYYATLA yekunlaşsın: "Anar Hüseynovun təkcə bu əməlləri yox, eləcə də kadr işlərinə müdaxilə edərkən aldığı rüşvətlər, habelə tenderlərdəki hoqqabazlıqları da araşdırma predmetidir".

DİA.AZ bildirir ki, son məlumatlarda artıq Anar Hüseynovun adamlarının həbsinə start verildiyi qeyd olunur. Məlumata görə, “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin məzdindədir...

Əlavə bilgilərimiz olacaq. Məsələ ilə bağlı bütün əlaqədar şəxs və qurumları dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt