Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Zakir Həsənov şəhid ailələrini niyə qəbul etmir?
Zakir Həsənov şəhid ailələrini niyə qəbul etmir?11-10-2022, 11:11 |
Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən nazirlərin, komitə rəhbərlərinin və müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla birbaşa ünsiyyəti ənənə halını alıb. Ancaq təəssüflər olsun ki, bu tapşırıq bəzi nazirlər üçün keçərli deyil. DİA.AZ-ın məlumatına görə, Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, nəzərdə tutulmasına baxmayaraq, müdafiə naziri Zakir Həsənov vətəndaşlarla ünsiyyətdən yayınır. Nazirliyin rəsmi saytında Cənab Həsənovun vətəndaş qəbulu günü barədə müvafiq elan yerləşdirilsə də ancaq bu görüşlər keçirilmir. Gununsesu.info– ya müraciət edən vətəndaş bildirir ki, elanda göstərilən tarixdə nazirliyə getsələr də onları başqa şəxslər qəbul edir: “Bu adamlar isə “ərizəni qoy, get” sözündən başqa bir şey demir. Nazirin qəbuluna gedənlərin əksəriyyəti şəhid ailələrdir. Belə çıxır ki, Zakir Həsənov üçün nə şəhidin adı əbədidir, nə də Prezidentin tapşırığı önəmlidir”. Müdafiə Nazirliyinin sözçüsü Anar Eyvazov telefon zənglərimizi cavabsız qoyduğundan nazirliyin mövqeyini öyrənə bilmədik. Geri qayıt |