Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda aparılan maliyyə yoxlamalarının çanağı müəllimlərin və xəstələrin başında çatlayıb

Naxçıvanda aparılan maliyyə yoxlamalarının çanağı müəllimlərin və xəstələrin başında çatlayıb


17-10-2022, 08:32
Naxçıvanda aparılan maliyyə yoxlamalarının çanağı müəllimlərin və xəstələrin başında çatlayıb
Naxçıvanın dövlət və özəl sektorlarında aparılan maliyyə yoxlamaları Muxtar Respublikanın sosial həyatından təsirsiz ötüşməyib. Məlumata görə, xüsusilə MR Maliyyə Nazirliyində keçirilən audit yoxlamaları bir çox dövlət müəssisələrinin hesabına pul köçürmələrinin dayandırılmasına yol açıb. Nəticədə dövlət məmurları gözlərini tikdikləri maaşları ala bilmirlər.

DİA.AZ bildirir ki, ovqat.com-a göndərilən şikayət məktubları da bu faktı təsdiqləyir.

Təhlükəsizlik səbəbindən adını açıqlamaq istəmədiyiniz şikayətçilərdən biri məktubunda yazır:

«Salam, Heydər bəy. Mən Naxçıvanda müəllimə işləyirəm. Bu gün oktyabrın 16-sı olmasına baxmayaraq, biz müəllimlər hələ də sentyabr ayının əmək haqqını ala bilməmisik. Muəllimlər corəyi də, yumurtanı da nisyə alırlar. Dəfələrlə Təhsil Nazirliyindən soruşuq, deyirlər, «Maliyyə naziri Rafael Əliyev pulu hələ köçürməyib. Bu yubanmalar Təhsil Nazirliyi ilə bağlı məsələ deyil". Sabah isə kreditin vaxtıdır. Rafael Əliyev ozunə Azərbaycan Məhəlləsindəki evini söküb, yerində 2 mərtəbəli villa tikdirir. Hansı maaşla? Müəllimləri bu qədər incitmək olmaz».

Digər bir şikayət məktubundan isə aydın olur ki, Muxtar Respublikanın səhiyyə sisteminin başı maliyyə yoxlamalarına qarışdığından xəstələrə xidməti tamamən unudublar. Bundan da xüsusilə diabet xəstələri əziyyət çəkirlər.

«15 oktyabrdan deyiblər ki, Naxçıvanda butun şəkər xəstələri dərmanları gəlib özləri almadılar. Anam isə 1-ci qrup, gözdən əlil diabet xəstəsidir. Maliyyə Nazirliyinin işçiləri gəlib xəstəxanada oturublar. Onların tələbi ilə dərmanlar yalnız xəstələrin özünə kimliklə verilir. Halbuki qaydalara əsasən, 1-ci qrup əlillərə xəstəxana işçilərinin özləri dərmanları gətirib verməlidirlər. Naxçıvan səhiyyə sisteminin əməkdaşları bu vəzifə borclarını yerinə yetirmək istədikləri üçün əvvəl anamın kimliyini aparıb dərmanları özüm alırdım. İndi isə gərək dərmanları aptekdən pul alım», - şikayət məktublarından birində belə deyilir.


Geri qayıt