Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elxan müəllimi özünü artıq tam hazır hesab edir: KİMSƏNİ SAYA SALMIR...
Elxan müəllimi özünü artıq tam hazır hesab edir: KİMSƏNİ SAYA SALMIR...24-10-2022, 10:38 |
2013-cü ildə Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində salınan park indi arxivə çevrilib. TİA.Az yada salır ki, Binəqədi məhkəməsi ilə üzbəüz yerləşən həmin park Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınmışdı. Ancaq zaman – zaman işbazlar, rüşvətxor məmurlar, möhtəkirlər, biznes adamları parka göz dikərək onu sıradan çıxarmağa çalışıblar. İlk dəfə bu cəhd 2018-ci ildə olub. O dövrdə, mayın 17-si Bakı metrosunun rəisi Zaur Hüseynov prezidentə məruzə etdi ki, Leyla xanımın xoş təşəbbüsü ilə salınan parkın bir hissəsi satılaraq, ağaclar qırılaraq məhv edilir. Və Metropolitenin Dərnəgül stansiyasına ciddi təhlükə var. Bu an Binəqədi rayonuna başçılıq edən Xaləddin İsgəndərov tələm-tələsik gecəylə parkda ağaclar əkdirmiş, Yaşıllaşdırma Birliyinin özbaşınalığı ört – basdır eləməyə çalışmışdı. Ancaq gec idi və İsgəndərov bu səbəbdən də işindən uzaqlaşdırıldı. Həmçinin, o dövrdə Yaşıllaşdırma İdarəsində mühəndis işləyən Əhliman Əliyev parkdan 600 ağacın çıxarılmasına rəhbərlik etmiş və buna görə barəsində Binəqədi Polis idarəsində cinayət işi açılmışdı. Çünki ağacların yerində bina tikməyə şərait yaradılmışdı. Üstündən xeyli zaman keçir, Ə. Əliyev Yaşıllaşdırma İdarəsində mühim vəzifə tutur. Parkın görüntüsündən gördüyünüz bir hissəsi isə ekoloji soyqırım nəticəsində məhv edilib. Biz oxuculara parkın əvvəlki görünüşünü təqdim edirik, bu mənzərədən heç nə qalmayıb, ağacların yerində bina tikilir. Nəticədə nəcib bir ideya məhv edilərək korrupsiyanın, acgözlüyün qurbanı olur və ekoloji terror edilərək parkın içində tikinti aparırlar. Maraqlıdır, BŞİH, Yaşıllaşdırma Təsərrüfatı Birliyi rəisi Həsrət Əmrahov, Binəqədi İH başçısı Elxan Allahverdiyev hara baxırlar? Buyurun, siz baxın… Məlumat üçün bildirək ki, dünən Yasamal rayon Mikayıl Müşfiq küçəsində baş verən yaşıl soyqırıma görə ETSN-yi Yaşıllaşdırma Təsərrüfatı Birliyinə inzibati xətalar haqqında pratakol tərtib edərək, cərimə tətbiq etmişdi. Geri qayıt |