Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > KTN-də YENİ HƏBS: Sırada daha KİM VAR?
KTN-də YENİ HƏBS: Sırada daha KİM VAR?28-10-2022, 12:10 |
DİA.AZ: - Az əvvəl DİA.AZ olaraq məlumat verərək bildirdik ki, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin işlədiyi dövrdə Cəlilabad BTS-ə məxsus olmuş pul vəsaitini mənimsəməsi barədə daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Hüseynağa Feyzullayevin işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitləri, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. DİA.AZ xatırladır ki, bundan bir müddət əvvəl isə “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC-də pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb. Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Rəvan Şükürovun 16.03.2021-ci il tarixdə təhvil-təslim aktları əsasında təhvil aldığı müxtəlif adda, çeşiddə və miqdarda məhsulların satışından əldə olunmuş 19 min 630 manat məbləğində pul vəsaitini cəmiyyətin hesabına köçürməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. Hər halda bu ilk və sonuncu hüquqi qiymətləndirmə faktı olmayacaq. Əsas nəzərə çarpanı odur ki, artıq Anar Hüseynovun NƏZARƏT ZONASINA HÜQUQİ MÜDAXİLƏ start götürüb. Qeyd edək ki, hüquq-mühafizə orqanlarının Lənkərandakı son təftiş hədəfi olan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC məhz KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin nəzdindədir... Bir sözlə KTN-də artıq İnam Kərimovun kadrları bir-birinin ardından həbs olunur. DİA.AZ olaraq dünən bu məsələyə diqqət ayırmışdıq və KTN Mərkəzi Aparatının Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin rəhbəri Anar Hüseynovun hədəfdə olduğunu bildirmişdik. Anar Hüseynov həbs olunsa, KTN SİLKƏLƏNƏCƏK... - Müttəhimlər kürsüsündə o TƏK OTURMAYACAQ İndi isə görünür ki, hüquq-mühafizə orqanları hələlik KTN-də "budama aparır", çürümüş KTN ağacını isə kökündən kəsəcəyi istisna deyil... Yəni hələlik xırda məmurlara qarşı qanunun sərt üzü göstərilir, daha iri akulalar isə sıralarını gpzləməkdədirlər ki, onlara da sıranın çatacağı istisna deyil. Bu barədə növbəti yazımız olacaq. Bizi izləməyə davam edin... Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |