Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazir onu işdən qovdu... O İSƏ İNAD EDİR...
Nazir onu işdən qovdu... O İSƏ İNAD EDİR...28-10-2022, 17:20 |
DİA.AZ: - Azərbaycanda qəribə bir hadisə baş verir. DİA.AZ bildirir ki, bu barədə Dunyaninsesi.Az saytı məlumat yayıb. Sayt xəbərində iddia edir ki, Yevlaxda keçmiş məmurlardan biri yenidən qovulduğu vəzifəsinə qayıdacağını iddia edərək əməlli-başlı sabotaj aparmaqdadır. Sayt yazır: "Yevlaxın ən təhlükəli sabiq məmuru hesab edilən sabiq Mədəniyyət müdiri Rafiq Məmmədovun revanşist cəhdləri davam edir. Köhnə komandanın üzvləri ilə gizli görüşlər keçirir, onların damağına şəkər əzir,bir çoxlarına yalançı və yağlı vədlər verir ki.guya qovulduğu vəzifəsinə qayıdır. Yevlaxdakı musiqi məktəblərini, kitabxanaları və başqa müəssisələri bir-birinə vurur, təxribatçı əməllər törədir və ƏN TƏHLÜKƏLİSİ Yevlax və Bərdədəki informasiyaları xaricdəki “söyüş maşınlarına” ötürür. Hüquq-mühafizə orqanları və Mədəniyyət naziri bu adamla bağlı təcili araşdırmalar aparmalıdır…" Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |