Əsas Səhifə > Güney Press, Araşdırma > Sabirabadlılardan bələdiyyəyə qarşı ağır ittihamlar
Sabirabadlılardan bələdiyyəyə qarşı ağır ittihamlar6-01-2014, 16:18 |
Hafta.az-ın əməkdaşı bayram günlərində Sabirabad rayonunda olub. Əməkdaşımızın sözlərinə görə, burada o, bir çox qanunsuzluqlarla qarşılaşıb. Sabirabada getmək üçün avtovağzala yollandıq. Məlum oldu ki, sözügedən istiqamət üzrə hərəkət edən mikroavtbuslar biletsiz çalışır. Eyni zamanda benzinin qiymətinin artırılması əsas gətirilərək avtobuslarda gediş haqqı süni şəkildə 50 qəpik qaldırılıb. Sakinlərin sözlərinə görə, rayondaxili və rayondan kəndlərə hərəkətedən avtobuslarda qiymətlər 20 qəpikdən 60 qəpiyə qədər artıb. Sərnişinlərin narazılıqlarını dinlədikcə məlum oldu ki, taksilərin və digər nəqliyyat vasitələrinin qiymətinin artırılması hələ rayonun ən sadə problemidir. Əsas problemlər Sabirabadda məmurlar tərəfindən incidilən, Kür daşqınları zamanı uçmuş evlərin sakinləridir. Sərnişinlərin təsviri ilə öz başınalığın kəllə-çarxa çatdığı Sabirabad rayonunun Türkədi kəndinə üz tutduq. Sakinlər adlarının məbuatada açıqlanmasını istəməsələr də bütün problemlərinin işıqlandırılmasını istədilər. Kür çayından təxminən 200 m məsafədə yaşayan uçmuş ev sahibi: “Bizim evə FHN əməkdaşları tərəfindən bir neçə dəfə baxış keçirildi. Evimizi qeydiyyata da aldılar. Dedilər ki, sizə ev tikiləcək. Bundan sonrakı məsələlərlə kənd bələdiyyəsinin nümayəndələri məşğul olublar. FHN-dən deyirlər ki, sizin ev üçün pul köçürmüşük, ancaq bədəliyyədə işləyən Ərəstün Yarməmmədov İsbat oğlu mənə bir qəpik də pul verməyib. Təkcə bizim ev üçün yox, bir çox evlərə FHN tərəfindən verilən maddi yardımlar Ərəstun tərəfindən mənimsənilib”. Ərəstun Yarməmmədovun kimliyi barəsində kənd sakinlərindən soruşduq. Məlum oldu ki, adı çəkilən şəxs hazırda Rusiyaya qaçıb. Kənddə demək olar ki, hər kəsə borcludur. Özünü kəndin ağsaqqalı kimi təqdim edən sakin: “Bizim kənd qədim kənddir. Ərəstun Yarməmmədov, Bələdiyyə sədri Sadəli Abışov, icra nümayəndəsi Xəzər Abışov bu kəndə bir dənə “əli kağızlı”nı buraxmırlar. Yaşı bir əsrə yaxın olan Türkədi Kənd orta məktəbi bunların üzündən təmir olunmur. Bəlkə də təmir üçün, pul ayrılıb ancaq bu pullar da xalqın evlərinin pulu kimi yeyilib gedib. Bu kənd üçün dünya dərəbəylikdir. Dərəbəliyin yaranmasına səbəbkarlar isə yuxarıda adını sadaladıqlarımdır. Bir vaxtlar Ərəstun xəbər çıxardı ki, guya xəstədir, ölür. İnanıın ki, kənd camaatı yaba, balta əllərində öldürəcəkdi Ərəstunu ki, pulların qaytarsın. Ancaq Ərəstunun özünü ölülüyə vurmasından sonra ona yazığımız gəldi. Fikirləşirdik ki, borcunun yarısın bağışlayaq. Bir də gördük ki, qaçıb gedib Rusiyaya”. Kənd sakinlərinin sözlərinə görə, Ərəstun Yarməmmədov əvvəllər onu vəzifəyə gətirən Sadəli, Xəzər Abışovlardan kəskin yazılar, şikayət ərizələri yazırmış. Sonradan isə onu da özləri tərəfə keçirən Abışovlar, Ərəstun Yarməmmədovu “zərərsizləşdirməyi” bacarıblar. Kənd sakini davam edir: “Abışov Xəzər öz dili ilə deyib ki, bir vaxtlar Ərəstun bizdən şikayət ərizəsi yazırdı. Bir gün çağırdım ki, bala bizdən nə istəyirsən. Ərəstun dedi ki, sizdən xalqın yediyiniz haqqın istəyirəm. Gördüm ki, xeyir yoxdur, dedim gəl sənə bələdiyyədə iş verək, görürəm qələm kağızla aran yaxışıdır. Otur stolun arxasında işini gör. Ərəstun da razılaşdı. O gündən sonra biz xalqın pulunu yeməsək də o xalqın varını taladı. İndi də qaçıb gedib Moskvaya. Deyirlər orda da borcu var.” Yoldaşı tərəfindən atılan 2 azyaşlı qız övladı olan ananın sözlərinə görə, Ərəstun onlaradüşən evin pulunu da, üstəlik FHN tərəfindən bərpa-gücləndirmə üçün evə ayrılan 6 min manat pulu da mənimsəyib. Kənd sakini bildirir ki, savadsız olduğu üçün, heç yerə şikayət edə bilmir. Eyni zamanda bütün sənədlərini Ərəstuna etibar etməsinə səbəb də onun sənəd, qanun işlərindən məlumatsız olması ilə əlaqədar olub. Ərəstun Yarməmmədov isə bütün etibarlardan sui istifadə edib. Sakinlərin dəvəti ilə Türkədi kənd orta məktəbinə də daxil olduq. Uçmuş vəziyyətdə olan məktəbdə demək olar ki, dərs keçmək mümkün deyil. Məktəbdə qızdırıcı sistem, parta, yazı lövhəsi yararsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, məktəb illərdir bu vəziyyətdədir. Məktəbin bu vəziyyətdə olmasının əsas səbəbkarı isə Abışovlardır. İndiyə qədər gələn bütün yoxlamaları kəndin girəcəyində Abışovlar qarşılayır, elə ordan da yola salırlar. Bu səbəbdən Sabirabadın Türkədi kəndindən bir neçə ildir ki, heç bir sakin ali təhsil ala bilmir. Kəndə təhsilin səviyyəsi günü-gündən aşağı düşür. Hafta.az olaraq sakinlərin adlarını çəkdikləri şəxslərlə əlaqə saxlamağa çalışsaq da, onları tapa bilmədik. Qarşı tərəfin də fikrini və açıqlamalarını saytımızda verməyə hazırıq. Geri qayıt |