Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yeni nazirin yeni kadrından yeni maxinasiyalar
Yeni nazirin yeni kadrından yeni maxinasiyalar7-01-2014, 12:41 |
Füzüli Ələkbərovun əmək və əhalinin sosial müdafiə naziri vəzifəsindən çıxarılmasından sonra nazirlikdə sözün bütün mənalarında yenilənmələr başlayıb. Amma yeni nazir Səlim Müslümov əslində kardinal olaraq yenilik etməyib. Yeni nazir təyinatının ilk günlərində sərt bəyanatlar verirdi. Nazir xüsusilə də ünvanlı sosial yardımların verilməsində və tibbi həkim ekspert komissiyalarının fəaliyyətində mühim nöqsanların olduğunu bildirirdi. Hətta Səlim Müslümov bəyan edirdi ki, dövlət başçısı konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xaosun ortadan qaldırılmasını istəyibmiş. Nazir dövlət başçısının göstərişlərinə necə əməl edir? Hər halda bu sualla bağlı GUNDEMİNFO.AZ-a daxil olan informasiyalar o qədər də müsbət deyil. İmişli rayonundan daxil olan informasiyada bildirilir ki, əslində rayonda sosial yardım verilməsi məsələsi qohumçuluq və yerlibazlıq prinsipləri ilə həyata keçirilir. Daxil olan informasiyya əsasən ƏƏSMM-nin İmişli rayon şöbəsinin müdir əvəzi Könül Cavadova idarənin inispektoru əslən Saatlıdan olan Xəqani Əliyevlə əlbir olub öz maaddi maraqlarını təmin etməklə məşğul olurlar. Məlumata əsasən rayonda ünvanlı sosial yardım alanların əksəriyyətini qadınlar təşkil edir. Qeyd edək ki, nazirliyin Sosial Təminat Xidmətinin yeni rəisi Çingiz Əliyev də əslən Saatlı rayonundandır. K.Cavadovanın bibisi oğlu suşa səhəri DSMF -nun rəisi nazir S. Müslümovun tələbə yoldaşı Şakir Nuriyev bu yaxınlarda Xətayi rayon DSMF-na müdir təyin olunub. K.Cavadova isə birbaşa Ş.Nuriyevin "xahişi" ilə təyinat alıb. Xatırladaq ki K.Cavadova 2011-ci ildə korrupsiya yoxlamaları ilə əlaqədar isdən azad olunanlardandır. Rayonda hər kəs bilir ki, K.Cavadova sabiq nazir Füzuli Ələkbərovun dönəmində məhz hansı səbəbdən işdən uzaqlaşdırılıb. İndi isə yeni rəis əvəzi olaraq fəaliyyətə başlayıb. Artıq rayonun ƏƏSMN-nin yerli şöbəsindən xeyli vətəndaş ünvanlı sosial yardımların alınması ilə bağlı şikayətçi düşüblər. Kifayət qədər maraqlı məqam ondan ibarətdir ki, K.Cavadova niyə İmişli rayonunda əsasən qadınlara sosial yardım təyin edir? Hər halda bum əqam da diqqətimizi çəkir. Çünki nazirliyin sosial yardım alanlarla bağlı olaraq açıqladığı siyahıda son zamanlar yardım təyinatı alanlar arasında qadınlar çoxluq təşkil edirlər. Mövzu ilə bağlı araşdırmalarımız davıam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |