Əsas Səhifə > Güney Press, Üst manşet > Vasif Talıbovun `SIFIR CİNAYƏT` siyasəti...

Vasif Talıbovun `SIFIR CİNAYƏT` siyasəti...


1-12-2022, 08:22
Vasif Talıbovun `SIFIR CİNAYƏT` siyasəti...
DTX əməkdaşlarının Naxçıvan MR Baş Prokurorluğunda da araşdırmalara başladığı bildirilir. Məlumata görə, onların əsas araşdırma obyekti bağlanmış cinayət işləridir. Bu məqsədlə yerli polis şöbələrinin istintaq orqanlarının arxivində olan bütün bağlanmış işlər də toplanıb, yenidən araşdırılır. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a Şərur, Kəngərli və Şahbuz rayon polis şöbələrindəki mənbələr məlumat verib. Onların sözlərinə görə, yığılan sənədlər, hazırda Bakıdan gələn yoxlamanın nəzarətində olan Naxçıvan MR Dövlət Təhlükəsizlik İdarəsinə toplanır:
"Arxivdə olan bütün bağlanmış işləri yığıb, aparırlar. Bu işlərin əksəriyyəti rüşvətlə bağlanıb, cinayətkarlar azadlıqda gəzir. Xeyli ölüm işləri var ki, intihar kimi qələmə verilib və bağlanılıb. Vasif Talıbov rəsmi göstəriş vermişdi ki, Naxçıvanda cinatlərin sayı sıfıra enməlidi. Cinayət işlərinin bağlanmasının bir səbəbi də bununla bağlıdı. Rəsmi rəqəmlərə görə, 500 min əhalisi olan Naxçıvanda ötən il cəmi 3 cinayət hadisəsi qeydə alınıb. Əlbəttə ki, bu mümkünsüzdür, absurddur. Ötən il ən az 10 ölüm hadisəsi ört-basdır edilib. Bu hadisələr intihar və bədbəxt hadisə kimi sənədləşdirilib. Zərərçəkənlərin ailələrinə elə hədə-qorxu gəlirlər ki, səslərini də çıxara bilmirlər. Cinayətkarın da pulunu alıb, azadlığa buraxırlar".
Bir gün öncə, Naxçıvan MR baş prokurorunun müavini Məhərrəm Talıbovun saxlanması ilə bağlı məlumat yayılmışdı. Məlumata görə o, dindirilmək üçün Bakıya aparılıb. Məhərrəm Talıbov, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik qardaşıdır.

Geri qayıt