Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda SƏFƏRBƏRLİK BİZNESİ...
Naxçıvanda SƏFƏRBƏRLİK BİZNESİ...1-12-2022, 11:19 |
DİA.AZ: - "Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mirzə Cəlilov bütün varidatını Habil adlı dostuna borcludur. Uzun illər Şərur rayonunda Mirzə ilə birlikdə polis işləyən Habil dostunun qara pullarını yığmaq işinə baxır. Yəni hərbi xidmətdən yayınmaq istəyən hər çağırışçıdan 4 min-10 min arasında rüşvətin alınması və Mirzəyə çatdırılmasında Habil müəllimin böyük xidmətləri var". DİA.AZ bildirir ki, bu barədə tanınmış araşdırmaçı-jurnalist Heydər Oğuz açıqlamasında bildirib. "Habil Xok kəndindədir, bu səbəbdən, el arasında ona Xoklu Habil deyirlər" deyən jurnalist olduqca ilginc faktları da açıqlayır. dia-az.life olaraq həmkarımızın bölüşdüyü bilgiləri təqdim edirik: "Onun digər ayaması (Naxçıvanda ləqəbə ayama deyirlər) "Leşyeyən"dir. Borclanan məmurların əmlakını yarı qiymətinə aldığı üçün bu ayamanı qazanıb. Bir çox hallarda polislərlə əlbir hansısa pullu məmurun torbasını tikən Habil müəllim sonra onun mülkiyyətinə qonur və bu mülkiyyəti ucuz qiymətə alır. Binəva iribuynuzlular su qiymətinə satdıqları varidatlarından əldə etdikləri vəsaiti polisə verib canlarını Böyükdüz əsirxanasından qurtarırlar. Beləcə, Vasif "xan"ın "0 cinayət" siyasəti də pozulmamış qalır. Bir sözlə, Habil müəllimin "leşyeyənliyi" həm də "0 cinayət" modunun qorunmasına xidmət edir. Habil müəllim bir vaxtlar Naxçıvan MR DİN-də Cinayət Axtarışı şöbəsinin rəisi işləmiş Qulu Rüstəmovla həm sinif, həm əsgər yoldaşıdır. Əvvəllər onun vasitəsilə leşyeyənlik edirdi. Elə ki, Qulu Rüstəmov işdən çıxarıldı, Habil də onunla bütün əlaqələrini kəsdi. İndi hətta Qulu Rüstəmovun telefon zənglərinə belə cavab vermir. Atalar demişkən, "bağda ərik var idi, salam-əleyk var idi"... Hazırda onun salam-əleyk elədiyi yeni dostu Naxçıvan MR Daxili İşlər naziri olan Rəşad İsmayılovdur. Nazirlə onun qohumluq əlaqəsi də var; yoldaşının bibisi oğludur. İndi də leşləyənliyini qohumu Rəşad İsmayılov və onun qaynı Emil Abdullayev (Şahbuzun prokuroru) ilə davam etdirir. Leşyenən Habil həm də Naxçıvanın ən güclü biznesmenlərindən biridir. Əsas dostu Mirzə Cəliovla birlikdə "evlərə şənlik" biznes qurublar. Onunla əl-ələ verib "Fərəməzoğulları" adlı Ticarət Mərkəzi tikiblər. Naxçıvanın müxtəlif yerlərində son 2 ildə 10-dan artıq iki və üç mərtəbəli villa tikib satıblar. Habil uşaq vaxtından yetim olub, acınacaqlı həyat sürüb. Bütün varidatını isə leşyeyənliklə qazanıb. Mirzə Cəlilov Səfərbərlik Komitəsinə rəis təyin olunanadək, yəni 2020-ci ilin 27 aprelinə qədər Habil "müəllim" dayısı Nizaminin obyektini kirayəyə götürüb taxta satırdı. Hazırda isə onun 4-5 evi, 4-5 qiymətli maşını var. Bunların hamısını son 3-4 ildə əldə edib. Polis işləyərkən Mirzənin pullarını serjantlara sələmə verməsi ilə ad çıxarmışdı. Mirzənin bu sələmçi fəaliyyətinə görə Naxçıvanın keçmiş Daxili İşlər naziri Əhməd Əhmədov onu işdən çıxarmaq istəyirdi, amma bir yol tapıb özünü və vəzifəsini qoruya bildi. Təbii ki, Habili də". Araşdırmasının davamı da olacaq. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |