Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Semaşko”da “infeksion dərəbəylik”
“Semaşko”da “infeksion dərəbəylik”1-12-2022, 17:03 |
1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) tibbi heyət bir sıra problemlərlər üz-üzədir. Bu barədə daxil olan məlumatda deyilir ki, xəstəxananın işçiləri baş həkim Könül Ələkbərovun fəaliyyətindən narazıdırlar. Adlarının çəkilməsini istəməyən tibb işçiləri bildirir ki, Könül Ələkbərov baş həkim təyin olunandan sonra tibbi xidmətin səviyyəsi aşağı düşüb. Tibb işçiləri bir maraqlı məqama da diqqət çəkib. Onlar bildirib ki, 6 fevral 2017-ci il tarixdə KlinikiTibbi Mərkəzin infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi haqqında Bakı Şəhər Baş Səhiyyə İdarəsi əmr imzalayıb. Bu birləşmə “Semaşko”nun o zamanki baş həkimi Ədalət Dadaşovun təklifi əsasında həyata keçirilib. Baş həkimin bununla bağlı Səhiyyə Nazirliyinə etdiyi müraciətdə qeyd olunub ki, infeksion xəstəliklər şöbələri tibbi personal yerlərində qalmaq şərti ilə bir şöbə ətrafında birləşdirilsin. Həmin vaxtdan Nazirlər Kabinetinin də göstərişi var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun deyil. Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksion şöbələri müxtəlif profilli şöbələrdir. Buna baxmayaraq, adları çəkilən şöbələr bir şöbədə birləşdirilib. Sonradan bəlli olub ki, Səhiyyə Nazirliyinin belə bir təklifi yoxdur. Çünki bu addım sanitar-epidemioloji qaydalara və normativlərə ziddir. Bunun nəticəsidir ki, infeksiya şöbəsindəki durum ürəkağrıdıcıdır. Ölkədə infeksion xəstəliklərin tüğyan etdiyi bir zamanda isə 1 saylı Klinik Tibbi Mərkəzin baş həkimi Könül Ələkbərov bu məsələyə göz yumur. İnfeksion xəstələrin qəbulu isə terapiya və cərrahi qəbul şöbələri kimi fəaliyyət göstərən ACİL şöbəsində aparılır. Təsəvvür edin ki, bu zaman hava-damcı, xüsusi təhlükəli, mədə-bagırsaq və virus hepatitli xəstələr dediyimiz şöbədə terapevtik və cərrahi xəstələrlə kontaktda olur. Bu isə infeksiyaların, o cümlədən xəstəxanadaxili infeksiyaların artmasına gətirib çıxarır. Bununla yanaşı hal-hazırda xəstəxanada infeksion reanimasiya şöbəsi fəaliyyət göstərmir. Botulizm diaqnozlu xəstələri isə Toksikoloqiya şöbəsində müalicə edirlər. Bununla bağlı tibb heyyətin baş həkim Könül Ələkbərova ünvanladığı müraciətlərin cavabı isə eynidir: “Nə fərqi var ki, hər iki xəstəlikdə zəhərlənmə olur”. 1 saylı KlinikTibbi Mərkəzində hökm sürən digər qanunsuzluqlar və neqativ hallar barədə növbəti yazıda məlumat verəcəyik. //Reportyor.info// Geri qayıt |