Əsas Səhifə > Güney Press, Üçüncü sektor, Üst manşet > Beyləqanda əhali susuz qalıb

Beyləqanda əhali susuz qalıb


9-01-2014, 09:09
Beyləqanda əhali susuz qalıb
Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir.
Korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən istifadə edərək qanunları iqnor edib bu və ya başqa məsələni hansı bir cinayətkar qrupun xeyrinə həll etməsidir. Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmen rüşvət cinayətinə aiddir. Başqa sözlə Korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
Yuxarıda korrupsiyanın anlamını verməkdə məqsədimiz var. Bəzən orta statuslu məmur belə vəzifəsindən sui-istifadə edərək dövlətə 100 milyonlarla manat ziyan vura bilir. Məsələn, Sonxeber.info-ya Beyləqan rayonundan gələn şikayətlərdə bildirilir ki, yerli icra hakimyyəti başçısının birinci müavini Telman Məstanov un korrupsiyaya qurşanması dövlətə külli-miqdarda ziyan vurulması ilə yanaşı rayonda əhalinin su təhcizatı sahəsində qlobal problemlərlə özləşməsinə birbaşa şərait yaradıb.
Məsələ bundadır ki, cənab Məstanov vəzifə səlahiyyətindən sui-istifadə edərək Beyləqanın Xalac kəndindəki su anbarından rayonun Dünyamallar , 2-ci Şahsevən , Mil kəndlərinə gedən su borularını çıxartdıraraq satdırıb. Adını da qoyublar ki ,guya sıradan çıxıb. O cümlədən Qəhramanlı kəndi ərazisində də su boruları çıxarılıb. On kilometrlərlə istifadəyə yaralı su xəttləri məhv edilib.
Aldığımız məlimata gorə xromlanmışdəmir boruların təkcə 360 metri 5 min manata satılıb. Ümumilikdə başçının müavinin əldə etdiyi qacancın nə qədər olmasını yalnız təxmin etmək olar.
Su problemi ilə bağlı icra hakimiyyətinə şikayətlə gələn əhaliyə isə cənab Məstanov bildirir ki, “Darıxmayın, dövlət yeni su xəttləri çəkəcək”. Görəsən dövlət əmlakını bu cürə dağıtmaq Beyləqanda belə asanddır?

Geri qayıt