Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Müəllimlər İnstitutunun adı ətrafında daha bir qalmaqal

Müəllimlər İnstitutunun adı ətrafında daha bir qalmaqal


9-01-2014, 14:03
Müəllimlər İnstitutunun adı ətrafında daha bir qalmaqal
DİA.AZ: - Yerli mətbuatda bir müddət əvvəl Azərbaycan Müəllimlər İnstitutunun keçmiş direktoru İsa Veyisovun işlədiyi müddətdə hüquqa zidd hərəkətlərindən bəhs edən bir material yayıldı ki, səlinda həmin faktlar üzərə hərəkətə keçilsəydi, bu gün bir çoxlarının qolları qandallanmalı idi. Belə ki, İsa Veyisovun Qazax, Ağstafa, Tovuz və digər rayonların minlərlə məzununa, “diplom”lar təqdim etdiyini, axırıncı kurs tələbələrinə isə “diploma”ları verə bilmədiyini qeyd olunan materialda eyni zamanda ciddi korrupsiya faktlarına da işıq salınırdı.

O da qeyd olunmuşdur ki, İsa Veyisov qaçıb gizlənib ortalığa çıxmır, aldadılmış vətəndaşların qabağına qardaşı Ramiz və oğlu Kənan çıxırlar. Sonradan o da məlum oldu ki, Ramiz Veyisov da qaçıb gizlənib. Onun isə qaçıb gizlənməsini başa düşmək olmurdu. Bunun səbəbləri isə yavaş-yavaş məlum olur.

DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan məlumatda deyilir ki, sən demə, keçmiş filial direktorunun qanunsuz tələbə qəbuluna qardaşı da ortaq olub. Belə ki, o Gəncə Dövlət Universitetinin bəzi müəllimlərinin əli ilə 100-ə yaxın şəxsə “diplom”lar təqdim etməli imiş. Qardaşı İsa Veyisov işdən çıxdığına görə bunu reallaşdıra bilməyib.

Nəzərinizə onu da çatdıraq ki, Ramiz Veyisovun Azərbaycan Texniki Universitetinin “Metal kəsən dəzgahların və alətlər” kafedrasının müəllimidir. Hər halda, Mikayıl Cabbarova bu fakt məlum olmamış deyil. Çünki neçə müddətdir sabiq direktorun qardaşı ilə bağlı qalmaqalın nazirlik tərəfindən də araşdırıldığı söylənilir.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt