Əsas Səhifə > Güney Press, Üst manşet > Acı Naxçıvan reallıqları... HƏLƏ DƏ BİTMƏYİB...

Acı Naxçıvan reallıqları... HƏLƏ DƏ BİTMƏYİB...


9-12-2022, 08:51
Acı Naxçıvan reallıqları... HƏLƏ DƏ BİTMƏYİB...
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Artıq Naxçıvanda pomidoru da pomidor qiymətinə satırlar... - "Keçən il bu vaxtı 24 manat idi..."

***

Maraqlı sual: “Rayon İcra Probasiya şöbəsinin rəisi mənim nəyim olub ki, ona da aliment ödəyim?”
"Salam, mən Kəngərli rayonundan sizə yazıram.
Bidlirirəm ki, Ədliyyə Nazirliyinin Kəngərli rayon İcra Probasiya şöbəsinin rəisi Oktay Səfərov alimentlə bağlı 1 həftə geçikmə olan kimi insanların Naxçıvandan çıxışına “stop" qoyur, sonra alimenti ödəmiş olsan da belə, “stop”u götürmür. Beləcə, Türkiyəyə, Bakıya işləməyə getməli insanlar Naxçıvandan kənara çıxa bilmir. Oktay Səfərov “stop”un götürülməsi üçün 500 azn pul tələb edir və bildirir ki, onluq deyil pul yuxarıya çatır.
Ədliyyə nazirinə bu barədə dəfələrlə yazıb başıma gələnlər barədə məlumat versəm də heç bir tədbir görülmür.
Qeyd edim ki, mən alimentimi ödəsəm də tam 1 ildir Naxçıvandan çıxışıma stop qoyulub. Niyə? Çünkü Oktay Səfərova 500 azn ödəməmişəm. Mən başa düşmürəm, keçmiş ailəmlə yanaşı, Oktay Səfərova niyə aliment ödəməliyəm? Keçmiş yoldaşım mənim xanımım olub, bəs Oktay Səfərov mənim nəyimdir?

***

Qara Pişik deyir ki, Naxçıvanın Ekologiya və Təbii Sərvətlər naziri “İməclik Hafiz” barədə nəql etdiyim əhvalat "xan sarayı"nda ciddi ajiotaj yaradıb. "Xan" əyanları əllərini əllərinə vurub "Qara Pişiyi" tapdıqlarını bildirib, məlumatların mənə Hafiz Yaqubov tərəfindən ötürüldüyündən şübhələniblər.
"Xan" həzrətləri, inanın səmiyyətimə, Vallah, Billah, məlumat mənə Hafiz Yaqubov tərəfindən ötürülməyib.

***

Naxçıvanda "sünnət" əməliyyatı davam edir
Naxçıvanın gömrük orqanlarından aldığım məlumata görə, Sədərək, Culfa və Şahtaxtı gömrük İdarələrinin adı dəyişdirilib, gömrük postları adlandırılıb.
Yəni Naxçıvanın "MR" artıq əti sünnətlənib, Azərbaycanlaşdırılır.

***

Naxçıvanda dalana dirənən proseslər və proseslərin perspektivi barədə Qara Pişiyin proqnozu
"Xan"ın məsələsi aydındır. İndi o, prosesləri əngəlləmək və ictimai rəyi çaşdırmaq üçün bəzi media qurumlarında özündən sonra daha əzazil birinin gələcəyi barədə xəbərlə tirajlatdırır. Onun xələfi olaraq təqdim olunan şəxs isə Azər Zeynalovdur. Azər Zeynalov Naxçıvanda daha əzazil şəxs kimi tanındığından istər-istəməz bu cür məlumatlar ictimai rəyi çaşdırır. Şəxsən mən nə "xan"ın, nə də "boz kardinal"ın taxtda qalacağına inanmıram. Baxmayaraq ki, Naxçıvan MR Konstitusiyasına əsasən, "xan" istefa verərsə, onun yerinə keçəcək adam Azər Zeynalovdur, amma onun xələf seçilməsi Azərbaycan rəhbərliyinin Naxçıvanda apardığı islahatları tamamilə gözdən sala bilər.
Zənnimcə, proseslərin inkişafında müvəqqəti durğunluğun yaranması hüquqi müstəvidən qaynaqlanır. Məsələ burasındadır ki, Naxçıvan Konstitusiyasına görə, Ali Məclisi kimsə ləğv edə bilməz. O, özü özünü ləğv etməlidir. Ali Məclis bunu etsə belə, müvəqqəti dövr üçün Naxçıvana rəhbər seçməlidir. Naxçıvana rəhbər isə Ali Məclisin 42-43 deputatı arasından seçilə bilər. Həmin 42 şəxs isə Vasif Talıbovun köləsidir və heç biri rəhbər vəzifəyə layiq biri deyil.
Naxçıvandakı rejimin normallaşdırılması üçün onun Konstitusiya dəyişdirilməli, icra hakimiyyəti qanunverici hakimiyyətdən ayrılmalıdı. Bunun üçün referendum keçirilməlidir. Referenduma qədər isə Ali siyasi rəhbər müəyyənləşdirilməli və Naxçıvana rəhbərlik müvəqqəti olaraq ona tapşırılmalıdır. 42 deputat içərisindən bu ada layiq birini tapmaq, görünür, biz düşündüyümüz qədər də asan deyil.

***

Naxçıvandakı hərbçilər Ali Baş Komandan İlham Əliyevdən yardım istəyirlər
"Sədərək polisinin xidmət vaxtının düzəldilməsi barədə yazınızı oxudum və polislər adına çox sevindim. Xahiş edirəm Naxçıvandakı əlahiddə ümumqoşun ordusunun iş rejimi barədə də yazın".
Adının açıqlanmasını istəməyən bir hərbçinin mənə göndərdiyi məktubda belə deyilib.
Hərbçinin bildirdiyinə görə, əlahiddə ordudakı iş rejimi nəinki Naxçıvanın polis orqanlarındakından, hətta Şimali Koreyanın istənilən idarəsindən daha ağırdır:
"Burda olan haqsızlıq, sizi inandırım, heç yerdə yoxdur. Təsəvvür edin, birdəfəlik pul (13-14-cü əmək haqqı deyilir) mükafatının kəsilməsi üçün ilin sonuna hərbi hissələrə qəsdən yoxlamalar göndərilir.
Hərbi qulluqçuların statusu haqqında Qanunda həftəlik iş vaxtı 41 saatdan çox olmamalıdır yazıldığı halda, bunlar həftədə 70 saata yaxın iş saatı elan edirlər. Hərbi qulluqçular, əsgərindən zabitinə qədər hər kəs, fəhlə kimi işlədilir. Ordu komandanı Kərəm Mustafayevin qardaşı Nemət Mustafayevin bazasında, yeni tikilən və əsaslı təmir edilən hərbi zavodda əsgər, MAXE, gizir, zabitlər qədim Misirin qulları çalışdırılır. Özü də birqada komandirlərinin rəhbərliyi altında. Sanki hərbi hissələrin şəxsi heyəti hamısı hərb sənəti ilə yox tikinti, fəhləlik işi ilə məşğul olurlar", - hərbi qulluqçu belə yazır və Ali Baş Komandandan yardım istəyir.

***

Davamı mütləq olacaq...

***

Bütün iddia olunanlarla bağlı dia-az.life olaraq adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...

Geri qayıt