Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Nazir Mayis Əliyev öz bacanağını yıxıb onun yerinə keçib
Nazir Mayis Əliyev öz bacanağını yıxıb onun yerinə keçib12-12-2022, 15:37 |
Naxçıvandan redaksiyamıza göndərilən məktubların ardı-arası kəsilmir. Məktubların birində bizim Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini niyə diqqətdən kənarda saxladığımızın səbəbi soruşulur və bu dövlət orqanında baş verən qanunsuzluqlardan bəhs olunur. DİA.AZ Ovqat.com-a istinadla məktubu olduğu kimi dərc edir: “Salam, Heydər bəy. Naxçıvanda hər yerdən yazırsınız. Amma nədənsə, Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyini unudubsunuz. Halbuki Naxçıvan quldarlığında ən ağır vəziyyətdə yaşayan biz ekoloqlarıq. Çünki bu məmləkətdə bizə ekoloq kimi yox, kölə kimi baxırlar. Bu gün sizə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində illərdir baş verən qanunsuzluqlar, özbaşınalıqlar, işçilərə olunan hörmətsizliklər, qeyri qanuni iş rejimi, Nazirliyin qul kimi işlədilən əməkdaşları "dövlət qulluqçuları" və naziri Mayis Əliyev haqqında məlumat verəcəyəm. İlk öncə nəzərinizə çatdırım ki, Mayis Əliyev Hafiz Yaqubovun (iməcilik Hafizin) bacanağıdır. 2018-ci ildə nazir olmaq üçün “iməcilik” Hafizi sataraq bacanağının yerinə gəlmiş və onun törətdiyi qanunsuzluqların qat-qat artığını etmişdir. Hər nə isə, keçək əsas məsələyə: Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına nazirlik yaranan ilk gündən qul kimi münasibət bəslənilir, bütün hüquqları pozulur, söz deməyə, öz haqqlarını müdafiə etməyə imkan verilmir. Halbuki bütün həftə ərzində dövlət qulluqçuları səhərdən axşama (bəzən gec saatlara kimi) hər altınc,ı gün bəzən də bazar günü demədən iməciliklərə cəlb olunurlar. Ərazilərə göndərilir, istirahət hüquqları sui-istismar edilir, qış aylarında, soyuq qarlı havalarda axşam 6-dan gec saatlara, səhər 6-dan axşama kimi Naxçıvanın kəskin soyuğunda rayonlara, dağlara göndərilirlər. Əvəzində isə onlara maşın və ya benzin heç nə verilmir (talonlar, ezamiyyətlər mənimsənilir). Getmək istəməyənlərə isə töhmət verilir, işdən çıxarılmaqla təhdid edilir, bəzən də səbrləri tükənərək özləri ərizələrini yazıb gedirlər. Yay aylarında isə 9-dan 6-ya, daha sonra isə gecədən səhərə suvarma üçün göndərilirlər və onlara “necə suvarırsan suvar, amma suvarmadan gəlmə” deyilir. Haqlarını tələb etdiklərində isə mükafatları, maaşları kəsilir, töhmət alır, təhqir, şantaj olunurlar ki, bizim iş rejimimiz budur, işləmək istəyirsən işlə, işləmirsən rədd ol çıx get, hara da istəyirsən şikayət edirsən, et. Halbuki bu nazirliyin işçiləri illərdir bütün günü yay, qış, külək, yağış demədən köhnə, işlək vəziyyətdə olmayan paz avtobusuna yığılaraq bütün günü ərazilərə ağac əkməyə, ot biçməyə, suvarmaya, dağlara toxum səpməyə göndərilirlər, çox çətin iş rejimində (qul rejimində) işlədilir və əvəzində isə təhqir edilirlər. İndi isə Naxçıvanın ekoloji quldarı, “iməciliklər kralı” nazir Mayis Əliyev haqqında danışaq. Deməli "nazir" idarələrdə vakant yerlərə öz adamlarını yerləşdirib onlardan hər ay kartlardan maaşlarını çəkib böyük hissəsini tələb edir (bu insanlar heç zaman işə getmir, sadəcə sənəddə adları göstərilir və hər ay aldıqları maaşdan nazirə haqq çatdırırlar). Benzin talonlarını pula çevirərək mənimsəyir, rayon işçilərindən hər ay maaşlarının yarısı və mükafatlarının isə hamısı yığılır. Ekologiya naziri olmasına baxmayaraq meşələri də məhv edib qurudub, kirayə verib qanunsuz otarır, qurumuş odunları satır, meşələrdə də meşəbəyilərin adı gedir hər ay kartdan pulları çəkilib nazirə çatdırılır. Naxçıvanda meşə deyə anlayış qalmayıb, sadəcə hər il yaşıllıqlar salınır, onlar da hər il qurudulub yenidən əkilir və ona da artıqlaması ilə pullar yazılıb mənimsənilir, tingliklərdəki tinglər də satılaraq mənimsənilir. İşçilərin qanuni məzuniyyətə belə çıxmasına imkan verilmir (ya işə gəl, ya da ərizəni yaz çıx rədd ol get deyilir.) Dövlət işçilərinə qarşı bu qədər haqsızlıq, ədalətsizlik olar mı?! Bu qədər hörmətsizlik edilməsi nə dərəcə doğrudur?!” Geri qayıt |