Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Heydər Əliyevin ruhuna xəyanət edirlər bunlar..."
"Heydər Əliyevin ruhuna xəyanət edirlər bunlar..."13-12-2022, 12:50 |
Anım günündə Naxçıvanda Heydər Əliyevin abidəsi önündə nə baş verib. DİA.AZ bildirir ki, Naxçıvan şəhər sakini Ovqat.com saytının redaksiyasına maraqlı məktub ünvanlayıb. Məktubu olduğu kimi yayımlayırıq (QEYD: Məktubda ovqat.com-un baş redaktoru Heydər Oğuza xitab olunub): "Salam Heydər bəy, son 1 il ərzində Naxçıvanın Talıbovlar və onun komandası kimi antimilli qüvvələrin əlindən qrutulması üçün verdiyiniz haqq savaşında sizi dəstəkləyirik. Xahiş edirəm adım anonim qalsın. Bütün Muxtar Respublika sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci xanım hörmətli Mehriban Əliyevaya hər gün dua edirlər. Naxçıvan əhalisi hər zaman dövlətinin və prezidentinin yanındadır. Bu 30 ildə bizə zülm etdilər. Amma buna rəğmən Naxçıvan əhalisi susdu. Bilirsiniz niyə? Cənab İlham Əliyevə və dövlətçiliyimizə görə susdu. Çünki biz istəmədik ki, xarici qüvvələr bizdən prezidentimizə və dövlətimizə qarşı istifadə etsin. Lakin Vasif Talıbov Naxçıvanlıları sıxışdırmağa başladı. Tədricən Naxçıvana qeyri-azərbaycanlıları yerləşdirməyə başladı. Həmin şəxslərə əsasən iqtisadi sektorka mühüm səlahiyyətlər verdi. O şəxslər isə Naxvanlıları əzməyə başladı. Öz vətənimizdə aşağılanırdıq. Naxçıvanda Vasif Talıbovdan xəbərsiz heç kim bir addım ata bilməz. Bütün bunların başında bir başa Vasif Talıbov və onun oğlanları eləcə də tayfa-tüləsi durur. Bunlar Naxçıvanı dövlət qanunları ilə deyil, aşirət qaydaları ilə idarə edirdilər. Bildiyimiz kimi, 12 dekabr ulu öndər Heydər Əliyevin anım günüdür. Dünən məndə bir vətəndaş kimi Naxçıvan şəhərinin mərkəzində ulu öndərin abidəsini kənardan müşahidə edirdim. Naxçıvanın bütün "dövlət ərkanı" orada idi. Əlbəttə ki, hər kəs tədbir başlamamışdan bir müddət əvvəl gəlmişdi. Mən burada bir tərbiyəsizliyin şahidi oldum. Haqlı olaraq sual edəcəksiniz nədir bu tərbiyəsizlik? Naxçıvanın Əlahiddə Ümumqoşun komandanı general-polkovnik Kərəm Mustafayev, Daxili işlər naziri Rəşad İsmayılov, Naxçıvan MR-in prokuroru Səbuhi Şahverdiyev, Ədliyyə naziri Daşqın Rəhimov, Hərbi Prokuror Yaşar Həsənov, Fövqaladə Hallar naziri Şamo Abdullayev və bunların komandası sanki anım gününə deyildə toya bayrama gəlmişdilər. Bir biri ilə deyən kim gülən kim biabırçılıq idi. Bilirsiniz niyə bu adamlar anım günündə elə deyib-gülürdülər? Çünki bunlar vətən, dövlət nədir bilmirlər. Çünki bunlar ulu öndər sevgisi nədir bilmirlər. Bunların hamısı saxtadırlar. Saxta generallar və nazirlərdirlər. Bu hərəkətlərin bir adı var: Heydər Əliyevin ruhuna xəyanət edirlər bunlar. Bu naqislərin öz deyişləri ilə desək, onlar Vasif Talıbovun çörəyini yeyir və onun əsgərləridir. Amma Naxçıvan sakinləri elə düşünmür. Naxçıvana sakinləri dövlətin çörəyini yeyir və dövlətin əsgərləridir. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!" Geri qayıt |