Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...

Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...


13-12-2022, 13:04
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Ucarın Əlikənd kənd həkim məntəqəsini qəzalı vəziyyətdədi və hər an uçma təhlükəsi ilə üz-üzədir. Səhiyyə ocağının inzibati binası ömrünün son anlarını yaşayır.

DİA.AZ bildirir ki, bu sözləri Bizim.Media-ya ərazidə yaşayan kənd sakinləri deyiblər. Hazırda həkim məntəqəsi taxta kanstruksiyalar hesabına uçmaqdan qorunur.

Məntəqənin inzibati bunası 1990-cı ildə tikilib ərsəyə gəlib və vaxtilə 50 çarpayılıq kənd xəstəxanası kimi fəaliyyət göstərib. Bundan başqa bu binada illər əvvəl Ucarın üç kəndinin Əlikənd, Ramal və Şahlıq kəndlərinin üç minə yaxın əhalisinə keyfiyyətli tibbi xidmət göstərilib.

Hazırda Əlikənd kənd həkim məntəqəsi kimi istifadə olunur. Amma heç bir şəraitin olmadığından kənd sakinləri buranın yolunu çoxdan unudublar. Çünki onlar ən xırda məsələ üçün belə kənddən 15-16 km aralıda yerləşən Ucar rayon Mərkəzi Xəstəxanasına getməli olurlar.

Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...

Sakinlər vaxtilə xəstəxana kimi fəaliyyət göstərən bu səhiyyə ocağının əsaslı təmir olunmasını və bu tibb ocağında insanların normal müayinə və müalicəsi üçün lazımi şəraitin yaradılmasını istəyirlər. Bundan ötrü dəfələrlə müxtəlif instansiyalara müraciətləri olub.

Biz də növbəti dəfə məsələdən yerli-yataqlı hali olmaq üçün Əlikənd kənd bələdiyyəsinə müraciət etdik.

Bələdiyyə sədri “Bizim Media”-ya bildirdi ki, binada vəziyyət acınacaqlıdır və bu məsələ sakinləri həddindən artıq narahat edir. Bununla bağlı dəfələrlə məsələ qaldırıldığını deyən bələdiyyə sədri də bu günə qədər burda heç bir əməli işin görülmədiyini qeyd edib. Bildirib ki, bələdiyyənin isə bu xəstəxanada iş görməyə nə səlahiyyəti, nə də imkanı var.

Ucar rayon Mərkəzi Xəstəxananın baş həkimi Xaləddin Qafarlı isə deyir ki, adıçəkilən xəstəxananın vəziyyəti hamıya bəllidir. Aidiyyatı qurumlar həmin xəstəxana binasına baxış keçiriblər:

“Xəstəxana binasının yenidən tikilməsi dövlət proqramına salınıb və vəsait ayrılan kimi həmin kənddə yeni xəstəxana binası tikilərək sakinlərin istifadəsinə veriləcək”.

Yerli sakinlərdən biri isə söyləyir ki, bunlar hamısı boş söhbətlərdir, TƏBİB və İcbari Tibbi Sığorta meydana gələndən sonra Azərbaycanda bir çox kənd xəstəxanaları ağlar günə qaldı:

“Yavaş-yavaş elə edirlər ki, bu xəstəxanalar sıradan çıxsın. Vəsait xərclənməsin, yığılan pullar özlərinin cibinə axsın. Kənddə xəstəxana saxlamağın xeyli xərci var axı, dövlətin vəsaiti hesabına olanda heç kim bunu düşünmürdü, indi o vəsait ki, insanlardan yığılır və hesaba daxil olur, onu xərcləmək, əlavə həkim ştatları saxlamaq bunlara sərf eləmir”.

Kənd sakini deyir ki, tutaq ki, bizim xəstəxana bərbaddır, amma elə kənd xəstəxanaları var ki, 5-10 ildir tikilib:

“Amma dövlətin vəsaiti hesabına tikilən belə böyük xəstəxananı adi həkim məntəqəsinə çevirməkdə məqsədləri nədir? Kim bunu araşdırmalıdır, kim buna görə məsuliyyət daşımalıdır, heç kim də cavab tapmır. Belə şeylərə görə heç kim kənddə qalıb yaşamaq istəmir, hamı qaçır şəhərə.

Urban prosesindən də ölkənin bəzi mərkəzlərinə toplaşma gedir, əlavə sıxlıq problemləri yaranır və bəzi bölgələrin də ənənəvi xüsusiyyətləti, təsərrüfatı ölür. Bu qədər bəsit. Bütün sahələr üzrə belədir, təsərrüfatsızlıqdan kənddə heç kim qalmır, dolanmağa yer yox, xəstəxana yox, mədəniyyət evləri yox, kitabxana sıfır, adam niyə yaşasın ki, kənddə?”.

Kənd sakininin söylədiyi kimi problemlər çoxdur, amma biz qayıdırıq yenə xəstəxana məsələsinə. Əlikənd xəstəxanasının vəziyyəti ilə bağlı TƏBİB-ə də müraciət edib mövzunu diqqətdə saxlayacağıq.

Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...
Bura Azərbaycan səhiyyəsinin BATDIĞI NÖQTƏDİR...

Geri qayıt