Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Dövlət bu dərmanları bizə ayırırsa, TƏBİB niyə vermir?"
"Dövlət bu dərmanları bizə ayırırsa, TƏBİB niyə vermir?"13-12-2022, 15:55 |
Bakı şəhər sakini, 1 qrup əlil olan Qarabağ qazisi Heydərov Əşrəf Heydər oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərib. Qarabağ qazisi məktubunda TƏBİB-dən şikayətlənir. “Əvvəl səhiyyə sistemi rahat idi, dərmanlarımızı alıb, pulsuz istifadə edirdik. 1 ildir bu məsələni TƏBİB-ə veriblər, dərmanlarımızı ala bilmirik. Dövlət bu dərmanları bizə ayırırsa, TƏBİB niyə vermir? Mənə su kimi lazım olan dərmanın 1 qutusu 35 AZN-dir. Özümün almağa imkanım çatmır, TƏBİB də xəstəxanalara vermir. Bəs, biz necə edək? Bir ayağım və böyrəyim yoxdur. Dializə gedirəm, sağolsunlar, onlardan narazılığım yoxdur. Sizin sayt vasitəsilə müraciət edirəm: Hörmətli TƏBİB, belə ölə bilmirik, başqa cür necə köməklik edə bilərsiniz?” Redaksiaydan: Mövzunu araşdıracağıq. Geri qayıt |