Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvan DSMF şöbələri ŞOK FAKTI AÇIQLADI

Naxçıvan DSMF şöbələri ŞOK FAKTI AÇIQLADI


14-12-2022, 12:38
Naxçıvan DSMF şöbələri ŞOK FAKTI AÇIQLADI
Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir qrup keçmiş və hazırkı əməkdaşı ictimaiyyətə və DTX-ya müraciət edib. Müraciət, bu qurumda baş verən rüşvət, məmur özbaşınalığı və digər qanunsuzluqlarla bağlıdır. Şikayətçilər, hazırda Naxçıvanda yoxlama aparan DTX əməkdaşlarından, bu qurumu da araşdırmalarını xahiş edirlər. DİA.AZ onların “Gündəlik Naxçıvan” vasitəsi ilə ünvanladığı müraciəti təqdim edir:
“Naxçıvan MR DSMF illərdir ki, rayon və şəhər şöbələrinə aylıq haqq qoyur. Naxçıvan şəhər şöbəsi hər ay 20 min, Babək rayonu 15 min, digər rayonlar isə 10 min manat yuxarılara verməlidir. Bu haqqı çatdırmayan şöbə rəhbərləri və əməkdaşları cəzalanır. Təbii ki, bu pullar biz işçilərdən, təqaüd, yaxud sosial yardım alan vətəndaşlardan yığılır. Yığılan pullar isə birbaşa mərkəzi DSMF-dəki müavinilər Sahir Rüstəmova və Aslan Eyvazova verilir. Onlar isə alınan pulları yuxarı çatdırırlar. Aylığın vaxtı çatanda biz işçilər pul tapmağa məcbur edilirik. Bizi məcbur edirlər ki, təqüdçülərin pulunu borc adı ilə saxlayıb, yuxarı çatdıraq. Bu səbəbdən, işçilərimizin çoxu təqüdçülərə borclu qalıblar. Təqaüdçülər isə öz təqaüdlərini bizdən tələb edirlər.”
Müraciətdə bildirilir ki, müavin Sahil Rüstəmov, köhnə əməkdaşları işdən çıxarıb, onların yerini 10 min manata başqalarına satır:
" Çoxlu sayda köhnə əməkdaşı ya özləri işdən çıxardı, ya da buna məcbur edildilər. Onların yerinə isə 10 min manat alaraq yeni işçilər götürdülər. Kadr işlərinə isə audit şöbəsinin müdiri Mənsur baxır. İşə götürülənlər onunla danışır, pulu ona verir, o isə yeni işçilərin əmrinin verilməsin təmin edir. İşə götürmək adı ilə pul aldıqları adamlardan bəzilərinin pulu da batıb. İndi onları nə işə götürürlər, nə də pullarını qaytarırlar. Köhnə əməkdaşların əsassız yerə sıxışdırılaraq, işdən çıxarılması indi də davam edir".
İşdən çıxarılan DSMF əməkdaşları DTX-dan xahiş edirlər ki, onlara işlərinə bərpa olunmaqda da yardım etsinlər:
"Ümidimiz sizədir. Naxçıvan camaatı sizi hazırda öz xilaskarı kimi görür. Bizi, uzun illərdir bu sahədə işləyən təcrübəli əməkdaşları əsassız yerə işdən çıxarıb, işsiz, çörəksiz qoyublar. Başqa təcrübəsiz adamlardan 10 min manat alıb, bizim yerimizə qoymaq üçün. Bizi maşsız qoydular. İndi necə dolanacağımızı bilmirik. Xahiş edirik, bizim işə qaytarılmağımıza yardımçı olun".
"Gündəlik Naxçıvan"a təqdim olunan, əsassız yerə işdən çıxarıldıqları iddia olunan keçmiş DSMF əməkdaşlarının siyahısını təqdimedirik. Siyahıda onların DSMF-dəki iş stajı da rəqəmlərlə göstərilib:

Naxçıvan DSMF şöbələri ŞOK FAKTI AÇIQLADI

Geri qayıt