Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Kərəm Mustafayevin son çırpınışlarıdır, ona aldanmayın!”

“Kərəm Mustafayevin son çırpınışlarıdır, ona aldanmayın!”


17-12-2022, 11:55
 “Kərəm Mustafayevin son çırpınışlarıdır, ona aldanmayın!”
Naxçıvan Əlahiddə Ümumordu Qoşunlarının ehtiyatda olan bir zabiti (məxfiliyinə zəmanət verdiyimiz üçün adını açıqlamırıq, yüksək səviyyəli dövlət orqanları istəsə mənbəmizin kimliyini yalnız onlara açıqlaya bilərik) tərəfindən bəyanat yayılıb.

DİA.AZ bildirir ki, Ovqat.com redaksiyasına da göndərilən bu bəyanatda general-polkovnik Kərəm Mustafayevin Respublika rəhbərliyi qarşısında nüfuzunu qaldırmaq üçün şəhidlərin ruhundan istifadə etdiyi və ehtiyata buraxılmış zabitləri öz ətrafında göstərməyə çalışdığı bildirilir.

Bəyanat müəllifi öz həmkarlarını Kərəm Mustafayevin bu hiyləsinə getməməyə çağırır:

"Çox dəyərli dostlar və ehtiyatda olan zabit qardaşlarım, sizə bir məsələni çatdırmaq istəyirəm.

Hər kəsdə olan məlumata görə, 18.12.2022-ci il tarixdə Əlahiddə Ümumordunun (ƏÜO) yaranma günü adı altında Naxçıvandan təxris olunan zabitləri Şəhidlər xiyabanına dəvət edirlər. Bu tədbirə başçılıq edənlər hələ də Kərəm Mustafayevin təsirindən çıxa bilməyən, onun sadiq qulları sayılan bir neçə ədəd ehtiyatda olan generalitetdir. Təklif ƏÜO-nun yaranma günü ilə əlaqədar ziyarət olsa da, məqsəd başqadır. Məqsəd zabitləri oraya yığıb Kərəm anarxiyasına qarşı mübarizə aparan zabitləri bu mübarizədən geri qaytarmaq və 30 il Kərəm ordusunda baş verən öz başnalığa göz yumdurmaqdır.

Bunlar artıq son çırpınışların edirlər, bəlli. Kərəm Mustafayev hər variantlardan istifadə edir ki, Dövlət rəhbərliyinin qözündə ucalsın. Ən son variant Şəhidlərimizdən istifadə etməkdir. O Şəhidlər ki, onların 50%-i Kərəmin Naxçıvanda bəyənməyib xidməti uyğunsuzluqla, və ya ləkələnməklə qovulan zabitlərdir. Məsələn: Vətən Müharibəsi Qəhrəmanlarımız Vüqar Ağayev (Kərəm Mustafayev döyüb qovmuşdu) , Anar Şükürov (Eyubov Teymur söyüb, rütbəsini alıb qovmuşdu). Və ora çağırılan zabitlərin 99%-i 20-30 il Kərəm Mustafayevin şəxsi ambisiyaları tərəfindən istismar olunub. O zabitlərdir ki, 2 ildir məhkəmə qapılarında Kərəm Mustafayev tərəfindən süründürülür. O zabitlər ki, ehtiyata buraxıldqları üçün Kərəm Mustafayevin göstərişi ilə Müdafiə Nazirliyinin heç bir zavod və təhsil müəssisələrində işə götürülmür, işləyənləri də işlərindən qovulurlar.

Bildiyiniz kimi, hər birimiz istədiyimiz vaxtlarda və bütün dövlət tədbirlərində, bayramlarda Şəhidlərimizi ziyarət edirik. Bu, bizim içimizdən, gəlir edirik, yenə də edəcəyik, Kətəmin istəyi ilə deyil. Bir sözlə, Şəhidlərimiz bizim canımız, qanımızdır.
Dəyərli silahdaşlarım, hər kəsdən xahiş olunur; biraz ayıq olaq, imkan verməyək bunların Şəhidlərimiz üzərindən oynadıqları məkirli oyun baş tutsun. Şəhid qardaşlarımızı ziyarətə hər gün gedək, bir gün sonra gedək, amma o gün Kərəm havadarlarının oyununa gəlməyin.

İnanırıq ki, Ali Baş Komandanımız bizim səsimizi eşidir və xain cinayətkarları ən ağır şəkildə cəzalandıracaq.

Yaşasın Ali Baş Komandanımız!

Yaşasın dövlətimiz!

Yaşasın xalqımız!

Yaşasın ordumuz!"

Geri qayıt