Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Oğlumun ölümünü təşkil edənlər Şərur şəhər başçısı, müavini, bankın müdiridir”
“Oğlumun ölümünü təşkil edənlər Şərur şəhər başçısı, müavini, bankın müdiridir”20-12-2022, 11:23 |
Ötən ilin oktyabrında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda intihar etdiyi bildirilən Şərur şəhər sakini 1986-cı il təvəllüdlü Orxan Həsənovun ailəsinin onun ölüm işinin obyektiv araşdırılmadığından şikayətçi olması barədə xəbər vermişdik. DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, O.Həsənovun atası Fazil Həsənov və anası Raziyə Həsənova Prezidentə və Birinci vitse-prezidentə müraciət ediblər. “Ali baş komandan İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, sizə müraciət edirəm. Mənə köməklik edin, oğlumun qatilləri üzə çıxsın. Mənim oğlumun ölümünü təşkil edənlər Şərur şəhər başçısı, müavini, bankın müdiridir. Bunlar mənim oğlumu işdən çıxarmaq istəyirdilər, çıxara bilmədilər, hiylə işlədib oğlumu tora saldılar, aparıb Gümüşgöl dağlarında asdılar. Bunu ona görə etdilər ki, oğlum onlardan qanunu, öz haqqını tələb edirdi. Onlar da dedilər ki, qanun bizik, biz nə desək, o da olacaq. Bunlar bizə xəbərdarlıq eləyib dedilər ki, gedin ikinci oğlunuzdan muğayat olun, onu da itirə bilərsiniz. Bunlar Şərur şəhərinə rəhbərlik edəndən hadisələr, qanunsuzluqlar, intiharlar çoxaldı”, - ata F.Həsənov deyib. Daha ətraflı: Geri qayıt |