Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azərbaycan dövlətinə KƏF GƏLİRLƏR...

Azərbaycan dövlətinə KƏF GƏLİRLƏR...


20-12-2022, 16:42
Azərbaycan dövlətinə KƏF GƏLİRLƏR...
İqtisadiyyat Nazirliyinin “Demirören Holding”lə ikinci “lotereyası” deyəsən, baş tutmadı.

Tribunainfo.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Hafiz Babalı maraqlı məlumat paylaşıb. O bildirib ki, ötən ilin dekabr ayında Mikayıl Cabbarov və Türkiyə holdinqinin rəhbəri Yıldırım Demirören Pirallahı Sənaye Parkında dərman istehsalının birgə təşkilinə dair memorandum imzalamışdılar:

“Layihə İqtisadiyyat Nazirliyinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə birgə icra olunacaqdı və Demirören bu işə 40 milyon dollar sərməyə yatıracağına söz vermişdi. Amma o söz elə söz olaraq qaldı. Əvəzində Azərbaycanda çoxlarının baş ağrısına çevrilən lotereya biznesində “Demirören Holding”in işi pis getmir”.

H.Babalı bildirib ki, Azerlotereya bu holdinqə idarəetməyə verilib. İdarəetmədən nə qazannıldığı isə məlum deyil.

İqtisadçı Nazim Bəydəmirli məsələyə münasibət bildirərkən qeyd edib ki, Azərbaycana investisiya yatıran ancaq reputasiyası normal olmayan şirkətlər olur.

Geri qayıt