Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > AZƏRTAC-da Aslan Aslanov dövləti BELƏ QARƏT EDİB...

AZƏRTAC-da Aslan Aslanov dövləti BELƏ QARƏT EDİB...


26-12-2022, 14:39
AZƏRTAC-da Aslan Aslanov dövləti BELƏ QARƏT EDİB...
DİA.AZ: - "AZƏRTAC-da rəhbərlikdən xadiməsinədək hamsı ya keçmiş sədr Aslan Aslanovun qohumlarıdı və ya tapşırılmış adamlardır. Bu idarədə çox istedadlı şəxsləri uzaqlaşdıraraq A.Aslanovun yaxınlarını vəzifələrə gətirirdilər". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza göndərilən mqəalədə deyilir.

Məqalə müəllifi daha sonra yazır: "Məhz buna görə də buranın şəxsi heyətinin əksəriyyəti Cəbrayıl və Zərdab rayonundan olan şəxslər idi, yaxud da hazırda da belədir. Bu təkcə muxbirlərə aid deyil. Tərcüməçi, kadrlar şöbəsi, beynəlxalq əlaqələr, Rabitə və texnologiyalar şöbəsi, İşlər İdarəsi, multimedia və Qəbul şöbələrinin hər birində A.Aslanovun qohumları yer alırlar.

Bundan əlavə, olaraq buranın reklam şöbəsi də var. Bu şöbənin əldə etdiyi pulun hara getdiyini isə rəhbərikdən başqa heç kim bilmir. Çünki bu şöbənin sabiq müdiri A.Aslanovun oğlu Tural Aslanovun "yaxın dostu", kassiri Əlişan Quluzadə idi. 2017-ci ildən publik hüquqlu şəxs olmasına baxmayaraq buradan qazanılan reklam gəlirlərini heç kim görmürdü. Məhz bu gəlirlərin sayəsində A.Aslanov Abşeron rayonunun Fatmayi kəndində, Baki Şəhəri Dübəndi qəsəbəsində, Şabran rayonunun Qalaaltı kəndində villalar tikdirir. AZƏRTAC-ın köhnə binasından çıxan lazımlı əşyaların hamısı A.Aslanovun villalarına gedib. A.Aslanovun Fatmayıdakı evinə köhnə binadan çıxmış bir çox mebellər daşınıb.

Bu idarədə xadimə işləyən Rəhilə Əliyeva (A.Aslanovun Cəbrayıldan olan qonşusu) ayda iki dəfə 2-3 gun işə gəlmirdi. R.Əliyeva ayda iki dəfə A.Aslanovun evini yığısdırmağa gedirdi. Özü də bu evə gedən bütün təmizləyici maddələr hamısı AZƏRTAC-ın anbarından götürülürdü. Yəni ki, A.Aslanovun evini təmizlətdirməyə xadiməyə və təmizləyici maddəyə belə verməyə pulu yox idi, sanki...

Onun zəhməthaqqını isə ona bir-iki bazar günü pulu ilə yazırdı... Yəni ki o da AZƏRTAC-ın hesabına...

A.Aslanovun Dübəndi qəsəbəsindəki bağının bağbanlıq işlərini isə mühafizəçi Məhəmməd Allahverdiyev görürdü. Onun da zəhməthaqqısı yenə də AZƏRTAC tərəfindən ödənilirdi.

M.Allahverdiyev reklam şöbəsinin keçmiş mudiri Əlişan Quluzadənin yaxın adamlarından idi...."

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt