Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Xidməti vətəndaşı ÇIXILMAZA SALIB...

Dövlət Xidməti vətəndaşı ÇIXILMAZA SALIB...


27-12-2022, 11:43
Dövlət Xidməti vətəndaşı ÇIXILMAZA SALIB...
DİA.AZ: - "Biz bir problemlə rastlaşmışıq..." DİA.AZ bildirir ki, bu barədə Bakı sakini Fuad Şirinov giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Evimizi sata bilmirik.

Keşlə qəsəbəsində eyni məhlədə bizdən əlavə 2 qonşunun da eyni ünvana kupçası var... Öz adlarnadır... Amma bizimlə ünvanları eynidir. Forma 2 çxartdırdıq... gördük qonşuların adları çxır bizim ünvanda.

İndi evimizi sata bilmirik. Bu məsələyə görə deyirlər qonşuların razılığı lazımdır. Qonşular da razılaşmır, deyirlər ki, belə çıxır "bizim evimizi satırsız"... Razı deyillər. Hansı ki 3 ayrı evdir, ayrı həyətdə...

Amma 3 evə də eyni ünvan verilib. 3 çıxarış var... Həm qonşuların, həm də bizim öz çıxarışmız var. Kvadratlar da fərqli fərqlidir. Amma ünvan eynidir. İndi kimə deyək dərdmizi bilmirik...

ASAN xidmətə də, Əmlak Məsələləri Dövlət Xidmətinə də dedik... Ünvan dəyişikliyi üçün müraciət elədik... İmtina verdilər... "Dəyişmək olmaz" dedilər..."

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı qurum və təşkilatlaın mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt