Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Fuad Nəcəflinin yanında Azər Zeynalovu `AĞ YUYUB QARA SƏRDİLƏR`...

Fuad Nəcəflinin yanında Azər Zeynalovu `AĞ YUYUB QARA SƏRDİLƏR`...


28-12-2022, 11:25
Fuad Nəcəflinin yanında Azər Zeynalovu `AĞ YUYUB QARA SƏRDİLƏR`...
Dünən prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli Kəngərli rayonuna gələrək, sakinlərlə görüşüb. DİA.AZ bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a görüşdə iştirak edən rayon sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, görüş, onların bir neçə gün öncə mətbuat vasitəsi ilə etdiyi müraciət əsasında baş tutub.
Kəngərli rayon sakinləri dekabrın 19-da " Gündəlik Naxçıvan" vasitəsi ilə ictimaiyyətə və dövlət nümayəndələrinə müraciət ünvanlamışdı. Müraciətdə rayon rəhbərliyinin korrupsiya, rüşvət və özbaşınalıq hallarından söz açılmış, aidiyyatı qurumlardan baş verənlərin araşdırılması xahiş olunmuşdu. Müraciəti imzalayanlardan biri də rayonun Qarabağlar kənd sakini Amar Hüseyndir.
Amar Hüseyn deyir ki, Ali Məclisin sədr əvəzi Azər Zeynalovun da iştirak etdiyi görüş, rayon icra hakimiyyətinin binasında baş tutub:
"Təxminən 60 nəfər rayon sakini, icra hakimi və müavinləri iştirak edirdi. Fuad müəllim çıxışının əvvəlində deidi ki, "eşitmişəm, Kəngərli camaatının bizə şikayəti var, özüm görüşünüzə gəldim ki, siz əziyyət çəkib yanıma gəlməyəsiz". Sağ olsun, bütün problemlərlə maraqlandı. Mən özüm çıxış edib, mətbuata danışdığımız problemlərin hamısını sadaladım. Sonra, 2013-cü ildə mənim yaşayış evimi necə sökdürdüyünü görüşdə iştirak edən Azər Zeynalovun üzünə dedim. Rayondakı özbaşınalıqlarla bağlı çoxlu çıxışlar oldu. Fuad müəllim diqqətlə dinlədi, qeydlər götürdü. Dedi ki, bunlar təcili araşdırılmalıdır".
Sakinlər deyir ki, görüşdə iştirak edən bir qrup öyrədilmiş şəxs, icra başçısı Kamal Ələkbərovun fəaliyyətini tərifləmək istəsələr də Fuad Nəcəfli buna imkan verməyib:
"Dedi ki, biz bura tərif yox, problemləri dinləməyə gəlmişik".
Görüşə mətbuat orqanları dəvət olunmayıb, çəkiliş aparılmayıb.

Geri qayıt