Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > BU NƏDİ BELƏ: Beyləqan icra hakimiyyəti iki şəhid anasını üz-üzə qoyub...

BU NƏDİ BELƏ: Beyləqan icra hakimiyyəti iki şəhid anasını üz-üzə qoyub...


28-12-2022, 16:20
BU NƏDİ BELƏ: Beyləqan icra hakimiyyəti iki şəhid anasını üz-üzə qoyub...
Saytımızın əziz və dəyərli izləyicilər. Öncəliklə xatırlatmaq istəyirik ki, iki gün əvvəl RealMedia-az.life saytı olaraq “Yenicag”-a istinadən Beyləqan İcra Hakimiyyətinin şəhid anasına “CANIYANANLIĞI”… – Qəhrəmanın adını “çayxana”ya vermək istəyir…” sərlövhəli yazı dərc etmişdir. Həmin yazıda söhbət Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Təzəkənd kəndinin şəhidi Vəliyev Elnur Mirsiyab oğlunun adının əbədiləşdirilməsi üçün rayonun Qaralar kənd orta məktəbinə verilməsinə dair Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciətindən bəhs edilir. Hansı ki, Qaralar kənd sakinləri icra hakimiyyətinin müraciətini ədalətsiz hesab edərək, məhz Qaralar kəndin tam orta məktəbinə 44 günlük Vətən savaşının QƏHRAMANI, şəhid, hansı ki, həmin məktəbin məzunu olmuş Cəlal Bədirxan oğlunun adının verilməsini tələb edirlər.
Məhz buna görə də bu günləri Beyləqan rayonunun Təzəkənd kəndinin, həm də rayonun Qaralar kəndinin şəhid valideynləri arasında müəyyən mübahisə yaranıb. Bu baxımdan da Təzəkənd kəndinin şəhidi (bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, şəhid analarının əlindən öpürük) Vəliyev Elnur Mirsiyab oğlunun anası Zeynəb Vəliyeva “Yenicag”-a müraciət edərək bildirmişdir ki, ona təzyiq edilir ki, məktəbə (Qaralar tam orta məktəbinə) oğlunun adının verilməsindən imtina etsin. Onu qeyd edək ki, ötən yazımızda şəhid Elnur Vəliyevin 44 günlük Vətən savaşında keçdiyi döyüş yolu barədə geniş məlumat verilib.
Qeyd edək ki, məlum başlıqlı yazı sayatımızda dərc edildikdən bir gün sonra Qaralar kənd sakinləri, kəndin yeganə şəhidi Vəzirov Cəlal Bədirxan oglunun valideynləri bizimlə əlaqə saxlayaraq onların da mövqelərini dərc etməyi xahiş etdilər. Əlbəttə ki, bizdə kənd sakinlərinin və şəhid valdeyinlərinin bu xahişini nəzərə alıb saytımızın poçtuna ünvanladıqları müraciəti təqdim edirik:
Öncə şəhid Vəzirov Cəlal Bədirxan oglu haqqında:

Vəzirov Cəlal Bədirxan oğlu 05 dekabr 1993 cü ildə Beyləqan rayon Qaralar kəndində anadan olub və həmin kənddə böyüyüb başa çatmnaqla, Qaralar kənd tam orta məktəbini bitirmişdir. O, orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətə gedib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra tərxis olunur. Bir müddər fərdi əməklə məşğul olur. Lakin Cəlal Vəzirov 2020 -ci il sentyabr ayının 21- də düşmənin yenidən ərazilərimiz işğal etmək məqsədi ilə həyata keçirdikləri geniş miqyaslı təxribatlarının qarşısının alınması və işğalda olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütovlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılır. Yeri gəlmişkən onu da qeyd edək ki, şəhid Cəlal həqiqi hərbi xidmət dövründə Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun rəhbərlik etdiyi xüsusi kəşfiyyat bölüyündə xidmət edib. Və Polad Həşimov şəhid olan günü Cəlal könüllü Orduya yazılır. Cəlal 03 oktyabr 2020 ci ildə Füzuli rayonu istiqamətində doyüş tapşırıgını yerinə yetirən zaman şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəlal Vəzirov ölümündən sonra “Vətən uğrunda”, 24 06 2021 ci il tarixlində “Füzulinin azad olunmasına” gorə medalı ilə, 05. 11. 2022-ci il tarixində isə “3 cü dərəcəli Vətənə xidmətə” gorə Ordeni ilə təltif edilmişdir.
Onu da qeyd edək ki, şəhidimizin atası Bədirxan Abışov həm 1- ci Qarabag müharibəsi, həmdə 44 gülük Vətən müharibəsi iştirakçısı olub. Oğlu şəhid olandan sonra tərxis olunmuşdur.
Şəhidimizin valideynləri və kənd sakinləri bildirirlər ki, hər iki şəhid bizimdir, şəhidlər bir evin yox, bir elin şəhidləridir. Ancaq məsələ ondadır ki, Qaralar kəndinin yeganə bir şəhidi ola-ola, niyə həmin məktəbə məhz elə Cəlalın adı əbədiləşdirilmir. Onlar yazırlar ki, bu təkliflə bağlı şəhidin ata və anası, kənd sakinləri 1-ci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçıları qazilərimiz, məktəbin müəllim kollektivi adından dəfələrlə Beyləqan rayon İcra Hakimiyyətinə müraciətlər edilib. Amma heç bir müsbət addımlar atılmayıb.
Qaralar kənd sakinləri, şəhidin valideynləri vurğulayırlar ki, əvvəlcə icra hakimiyyəti tərəfindən onlara söz versələrdə ki, oğlunuzun adı elə oxuduğu Qaralar kənd tam orta məktəbinə veriləcək. Lakin bu günləri məlum olub ki, icra hakimiyyəti onları aldadırmış. Qarallar kənd məktəbinə Beyləqan rayon Təzəkənt kəndindən olan şəhid Vəliyev Elnur Mirsiyab oğlunun adına əbədiləşdiriləcək. Və elə icra hakimiyyətinin bu ikili oyunu ucbatından şəhid valideynləri arasında bir qədər narazılıqla qarşılanıb.
Bildirilir ki, icra hakimiyyəti yaxşı bilir ki, Cəlal Vəzirov Qaralar kəndinin yeganə şəhididir. İndiyə qədər bu kənd şəhid verməyib. Onlar hesab edirlər ki, icra hakimiyyəti iki şəhid valdeyinləri arasında intriqa yaradır. İcra hakimiyyətinin mövqeyini o vaxtı başa düşmək olardı ki, qaralar kəndinin şəhidi olmasın. Faktiki olaraq, onları necə başa düşmək olar?
Sonda yazırlar: “Biz də Qarallar kənd sakinləri olaraq şəhid Cəlal Vəzirovun Qarallar kənd tam orta məktəbinə adının əbədiləşdirilməsini tələb edirik və bu şəhidimizin haqqıdır.”
“Şəhidi Vəliyev Elnur Mirsiyab oglunun ruhu qarşısında baş əyirik. Xatirəsi hər zaman bizlər üçün əziz olacaq”.
Bizdə redaksiyamız adından, icra hakimiyyətindən tələb edirik ki, ikili oyun oyunlarına son qoysunlar, hər iki şəhid valideynlərini intriqaya çəkməsinlər.
Mövzu diqqətimizdədir.
Qeyd edək ki, irəlləyən günlərdə cənab Prezident İlham Əliyevə şəhid valideynlərinin və kənd sakinlərinin video müraciəti olacaq.
Məsələylə bağlı Beyləqan RİH-nin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Təki onlar mövqe bildirsinlər.
RealMedia-az.life

Geri qayıt