Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İcra başçısı sahibkarın QƏSDİNƏ DURUB...
İcra başçısı sahibkarın QƏSDİNƏ DURUB...28-12-2022, 17:22 |
Redaksiyamıza Masallı rayonundan şikayət daxil olub. Masallı şəhər Seybətin küçəsi, ev 38 ünvanında yaşayan sahibkar Azər İsmayılov 2 ildən çoxdur ki, rayon rəhbərliyi tərəfindən ona yaradılan problemlərdən bəhs edir. Dövlət Başçısına ünvanladığı şikayətində sahibkar qeyd edir ki, icra başçısı ona qarşı bəlli olmayan səbəblərdən qərəzli mövqe nümayiş etdirir. 28 il Rusiya Federasiyasında yaşayan, orada bir neçə il dövlət işində işlədikdən sonra orada sahibkar kimi fəaliyyət göstərib. GUNDEMİNFO.AZ-a daxil olan müraciətində iş adamı Azər İsmayılov Dövlət Başçısına ünvanladığı şikayətində yazır: "Vətənim Azərbaycana pandemiya dövründə qayıtmışam. 44 günlük Vətən Savaşı dönəmində Milli Ordumuza dəstək məqsədilə 10 min manat vəsait köçürmüşəm. Masallı şəhərinin Seybətin küçəsinin təmiri, asfalt örtüyünün çəkilməsinə kömək göstərmişəm. Küçənin işıqlandırılması üçün lazımi vəsait ödmişəm. Masallı rayonu Əhmədli kəndində iki Qazımız üçün fərdi yaşayış evinin tikilməsini tam olaraq üzərimə götürmüşəm. İki şəhid anasının, Ziba xanımın övladları üçün şəhid muzeyinin inşa olunması üçün yaxından köməklik göstərmişəm. Və etdiyim bütün bunları özümə Vətən qarşısında borcum olaraq hesab etmişəm". İş adamı daha sonra müraciətində yazır ki, Masallı şəhəri 25 nəfər işçinin çalışdığı 448 kvadratmetrlik ticarət obyektim olub. Həmin obyektdə 250 min manatlıq mal rəsmi olaraq vergi qeydiyyatında olub. "Lakin rayonun icra başçısı Araz Əhmədov rayona icra başçısı təyin edildikdən sonra həmin obyektin fəaliyyətini tam olaraq dayandırmaq barədə göstəriş verdi" deyə iş adamı bildirir. İş adamı qeyd edir ki, A.Əhmədov 25 iyul 2022-ci ildə rayona başçı təyin ediləndən sonra Dövlət Başçısı ilə görüşü oldu. Dövlət televiziyası vasitəsilə yayımlanan görüşdə Prezidentimiz yeni təyin etdiyi icra başçısına tapşırıqlar verdi. Rayonda əhalinin problemləri ilə yaxından tanış olmaq, sahibkarlara dəstək vermək məsələləri ilə bağlı xüsusi göstəriş verdi. Cənab Prezident Araz Əhmədova xüsusi tapşırıq verdi ki, Masallıda iş adamları incidilməsin. Lakin icra başçısı təyin edildikdən bir neçə gün sonra Araz Əhmədov mənə qarşı "savaş açdı" deyə müraciət müaəllifi qeyd edir. İcra başçısı mənə məxsus olan Masallı şəhər Heydər Əliyev prospeki 44/5 ünvanında yerləşən qeyri-yaçayış sahəsi və Masallı şəhəri S.Məmmədov küçəsi 110A ünvanında yerləşən və mənə məxsus olan 0.448 HA olan torpaq sahəsində obyektin fəaliyyətin qadağa qoydu. Bundan sonra həmin ünvanda olan 46 kvadratmetrilk zirzəminin də fəaliyyətinə qadağa qoyuldu. Eyni zamanda icra başçısı Masallı şəhəri Heydər Əliyev prospekti 44/5 ünvanında yerləşən 26 kvadratmetrlik obyektin də sökülməsinə göstəriş verib. İş adamı qeyd edir ki, bu günə qədər ona dəyən ziyanın həcmi milyonlarla manat həcmindədir. Mətbuat vasitəsilə uzun illər Rusiya Federasiyasında yaşayaraq fəaliyyət göstərdikdən sonra Vətənə qayıdaraq öz doğma rayonunda biznes fəaliyyəti ilə məşğul olmaq istəyinin qarşı bəlli olmayan səbəblərdən alınır. Əslində Azər İsmayılova təzyiqlər kifayət qədər geniş bir mövzudur. Biz sadəcə olaraq ünvanlanan şikayət və Dövlət Başçsından istənilən kömək müraciətindən kiçik bir hissəni təqdim edirik. GUNDEMİNFO.AZ-a daxil olan şikayətlə bağlı, eyni zamanda iş adamına qarşı bir İcra Başçısının qərəzli davranışlarının səbəbi bizə məlum deyil. Bu səbəbdən də mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Yaxın zamanlarda mövzu ilə bağlı detallı bilgiləri sizlərə təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |