Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Keçmiş hərbçiyə əlillik dərəcəsini vermirlər...

Keçmiş hərbçiyə əlillik dərəcəsini vermirlər...


2-01-2023, 11:48
Keçmiş hərbçiyə əlillik dərəcəsini vermirlər...
Yusif Babazadə 2015-ci ildə xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində ona ayaq ölçüsündən daha balaca hərbi çəkmə verdiklərini, uzunmüddətli istifadə nəticəsində isə sol ayağının baş barmağının qanqren olduğunu deyir. Bundan sonra o, Dövlət Sərhəd Xidmətinin Hospitalına göndərilib.

Y. Babazadə bildirir ki, əlillik dərəcəsi ala bilmək üçün Əlillərin Bərpa Mərkəzinə müraciət edib. Onun sözlərinə görə, ikinci qrup əlil kimi pensiyanı, elə iki il ala bilib. Bununla da pensiyası kəsilib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov deyir ki, Y.Babazadənin tibbi göndərişi aidiyyatı tibb müəssəsi tərəfindən göndərilmədiyi üçün kəsilib.

Şikayətçi təkrar tibbi göndəriş almaq üçün Astara rayon Mərkəzi xəstəxanasına müraciət etdiyini, lakin bu sənədi ala bilmədiyini deyir. Sözügedən tibb müəssəsinin poliklinika şöbəsinin müdürü Gülnar Muxtarova isə bunun səbəbini belə izah edir ki, vətəndaşınhazırkı səhhəti əlillik təyinatına uyğun gəlmir.

Y.Babazadə yenidən əlillik dərəcəsi ala bilmir. Deyir, hələki döydüyü bütün qapılardan əliboş geri dönür.

Toplum TV


Geri qayıt