Əsas Səhifə > Güney Press, Reklam > "Azercell" Azərbaycanda “Yaşıl texnologiyaların” inkişafına dəstək verir
"Azercell" Azərbaycanda “Yaşıl texnologiyaların” inkişafına dəstək verir13-01-2014, 15:38 |
Biz yüksək texnologiyalar, kosmik sürətlər və informasiya bolluğu dövründə yaşayırıq ki, onlar həyatımıza geniş daxil olub və hal-hazırda onlarsız günümüzü belə təsəvvür edə bilmirik. Təəccüblü deyil ki, müasir dövrün əsas vəzifələrindən biri də alternativ enerji mənbələrinin axtarışıdır. Bu yeni mənbələr bir tərəfdən daim artan tələbə uyğun olmalı, digər tərəfdən isə ətraf mühitə daha az zərər yetirməlidirlər. Azərbaycanda da qeyri-ənənəvi enerji mənbələrinin axtarışı ilə əlaqədar təşəbbüslərin olması bizi sevindirməyə bilməz. Bunlar arasında ən aktual təşəbbüslərdən biri Azercell-in proqramı çərçivəsində Barama İnnovasiya Mərkəzinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunun həyata keçirdiyi “Yeni nəsil günəş elementləri” layihəsidir. “Yeni nəsil günəş elementləri” layihəsi yüksək effektivli, ucuz əmələ gələn, kiçik ölçülü, radiasiya və temperatura davamlı günəş elementlərinin yaradılmasını qarşısına məqsəd qoyub. Bu cür batareyalardan hətta günəşsiz havada - buludlu və dumanlı iqlim şəraitində də istifadə etmək olar. Elm sahəsində səs-küy salan bu layihə Azercell (Barama) və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu tərəfindən keçirilən “Elm və Texnologiya Sahibkarlığı Proqramı” (ETSP) müsabiqəsində II yeri tutub. Azercell-in dəstəyilə ideyanın müəllifi ilk dəfə olaraq bu proqram çərçivəsində Kaliforniyaya, Silikon Vadisinə biznes səyahətinə göndərilib, burada Amerikanın öncül şirkətləri, ekspert və mentorlarla görüşmək imkanını qazanıb. Bundan əlavə, layihə müəllifi həm də Boston və Vaşinqton şəhərlərində olub və ideyasının reallaşdırılması üçün böyük dəstək alıb. Sonda layihə Azercell tərəfindən 7500 ABŞ dolları məbləğində qranta layiq görülüb. Bu müsabiqə Azərbaycanın lider operatoru “Azercell Telekom” MMC tərəfindən dəstəklənən geniş miqyaslı Elm və Texnologiya Sahibkarlığı Proqramının tərkib hissəsidir. ETSP sayəsində artıq bir çox gənc sahibkar öz biznesini yaradıb, gənc alimlər isə elmi tədqiqatlarını apara biliblər. Layihə 60 nəfər iştirakçısına informasiya, mobil və “yaşıl” (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarını təqdim edərək qrant qazanmaq və bu vəsait hesabına öz bizneslərini qurmaq imkanı verib. Bütün bunlarla yanaşı, “ETSP” layihəsinin iştirakçıları Barama İnnovasiya Mərkəzinin imkanlarından və Azercell Telecom MMC-nin aparıcı mütəxəssislərinin biznes və texniki dəstəyindən yararlana bilərlər. Qeyd edək ki, Azercell mütəmadi olaraq elmin, təhsilin inkişafına xidmət edən, elmi və texnoloji yeniliklərin tətbiqinə yönələn layihələrin işlənməsi və həyata keçirilməsinə dəstək verir. Barama İnnovasiya Mərkəzi tərəfindən icra olunan proqramlar elmin müxtəlif sahələrində çalışan tədqiqatçıların, o cümlədən gənc alim və mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasına yönəlib. Azercell-in ilk dəfə olaraq azərbaycanlı gənc start-upların Amerikada keçirilən təlim və konfranslarda iştirakını dəstəkləyib, onların məşhur şirkətlər, investorlar, vençur fondlarla əlaqələrinin yaradılmasına yardım göstərib. Azercell tərəfindən dəstək alan bu cür proqramlar Azərbaycanın həm elmi potensialının inkişafına kömək edir, həm də iqtisadi baxımdan yeni səmərəli layihələrin ortaya çıxmasına rəvac verir. Geri qayıt |